"Ndovu vurduğu o qolun mükafatını aldı"

"Qarabağ"ın sabiq futbolçusu, hazırda Çinin "Xançjou Qrintaun" klubunda çıxış edən Dino Ndlovu haqda kitab çapdan çıxıb. 
 
Bu barədə 28 yaşlı hücumçunun özü "kickoff.com"a açıqlamasında bildirib. Cənubi afrikalı forvard deyib ki, insanlar sadəlik gözləməlidirlər. Bu səbəbdən, Ndlovu kitabda dram və digər məsələlərin əksini tapmasını istəmədiyini vurğulayıb: "Kitabı hazırlamağın səbəbi insanları haralı olduğumdan məlumatlandırmaq və bunun mümkünlüyünə inandırmaqdır".
 
Müəllif Sizve Sitole kitabın iyunda satışa çıxacağını gözlədiyini söyləyib: "Mən həmişə Dino Ndlovu ilə qürur duymuşam və hələ Cənubi Afrika Respublikasında çıxış etdiyi vaxt onun karyerasını izləmişəm. Çempionlar Liqasının "pley-off" mərhələsinin cavab görüşündə vurduğu qol bizə həqiqətən də ilham verdi. Bütün Bakı "Qarabağ"ın qrupa vəsiqə qazanmasını qeyd etdi. Hamı hava limanında səhərədək komandanı gözlədi. Dino "Kopenhagen"ə vurduğu qolun mükafatını aldı. Məhz həmin vaxt anladım ki, onun barəsində məqalə yazmalıyam. Özü barədə danışdıqda qərara aldıq ki, kitab yazaq. Çünki cənubi afrikalıların çoxu onu tanımır. Bu kitab vasitəsilə Ndlovunun üstünlüyünü hamının biləcəyini və irsinin qeyd olunacağını düşündük. Kitabda Dinonun həyatı və indiyədək üzləşdiyi problemlərdən danışılır".
 
Qeyd edək ki, Dino Ndlovu "Qarabağ"da 2016-cı il avqustundan 2018-ci ilin dekabrınadək çıxış edib.
Tarix: 22 Fevral [10:40]
Oxunub: 73 dəfə
Müəllif: Aut.az

"Sabah"ın yeni mövsümlə bağlı hazırlıq planı müəyyənləşdi

Aut.az

“Xəzər”in rəhbəri əmanətçilərin 100 milyon manatını götürüb ölkədən qaçdı

Aut.az

Qurbanovun köməkçisi müəyyənləşdi

Aut.az

"Qarabağ" Tunis millisinin futbolçusu ilə danışıqlara başladı

Aut.az

Baqali Dabo "Neftçi"də - Rəsmi

Aut.az

“Neftçi”də yeni müqavilə

Aut.az

“Qarabağ” onunla müqaviləni uzatdı - Rəsmi

Auta.z

“Neftçili Yay Futbol Düşərgəsi” start götürdü

Aut.az

Zidanın başçılıq etdiyi siyahıda Qurban Qurbanov 3 pillə irəlilədi

Aut.az

"Səbail"də yeni imza

Aut.az