Hafiz Hacıyev: İdmançı öz millətimizdən olsa, yaxşıdır

Məlum olduğu kimi, Cənubi Koreyanın Pyanqçanq şəhərində XXIII Qış Olimpiya Oyunları keçirilir.
Sabah ölkəmiz dağ xizəkçiliyinin slalom yarışında Patrik Braxnerlə təmsil olunacaq.
Lakin avstriyalı idmançı fevralın 18-də keçirilmiş nəhəng slalom yarışlarında iştirakdan imtina edib. Səbəb kimi isə o göstərilib ki, milliləşdirilmiş legioner diqqətini daha asan olan slalom yarışlarına vermək niyyətindədir.
Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizədliyi qeydə alınmış Hafiz Hacıyev Oxu.Az-a açıqlamasında legionerimizi pisləyib:
“Çalışmalıyıq ki, idmançını özümüzdən hazırlayaq. Zəif olsun, amma öz kadrımız olsun. Ona görə də xaricdən idmançı gətirilməsinin, onlara burada pul verilməsinin qəti əleyhinəyəm.
Düşünürəm ki, bu məsələlərdə ciddi fikirləşməyin zamanı gəlib. Hər halda gələcəkdə bu məsələlərə də ciddi diqqət yetirəcəyik ki, öz idmançılarımız yığmada çıxış etsin.
Qış Olimpiadasında Azərbaycanın heç bir idmançı ilə təmsil olunmamasına müsbət yanaşmıram. Həmin idmançı Azərbaycan bayrağını qaldıracaqsa, buna müsbət baxmaq lazımdır. Ancaq həmin idmançı öz millətimizdən olsa yaxşıdır. Lap medal qazanmasa belə, onun azərbaycanlı olması daha məqbuldur. Qoy, ailəsinə çörək pulunu elə o azərbaycanlı balası aparsın”.
Tarix: 21 Fevral [20:20]
Oxunub: 85 dəfə
Müəllif: Aut.az

Xorvatiya yığmasına ŞOK! - Komandadan qovuldu

Aut.az

Velosipeddən yıxılıb öldü

Aut.az

Millimizin üzvü Rumıniya klubunda!

Aut.az

Günün oyunları - TV

Aut.az

Günün oyunları - TV

Aut.az

Məşhur döyüşçüyə Rusiya pasportu verildi

Aut.az

Millimizin üzvü İtaliya klubu ilə müqavilə bağladı - FOTOLAR

Aut.az

Elvin Məmmədovun yeni klubu bəlli oldu - Rəsmi

Aut.az

Patrik Vieyra "Nitsa"da

Aut.az

Dünyaca məşhur boksçular döyüşü buraxıb, onları izlədilər

Aut.az