Hüseyn Cəbrayıloğlu: "Cənub futbolunda durum çox bərbaddı"

Son günlər "Xəzər Lənkəran"ın qayıdacağı, Bakıdan gedən nümayəndəlin İstanbulda Mübariz Mənsimovla görüşdüyü haqda söhbətlər dolaşmaqdadı. Bəs son durum necədi? Belə bir ehtimal varmı? 
 
Məsələ ilə bağlı "Xəzər Lənkəran"ın mətbuat katibi Hüseyn Cəbrayıloğlu ilə danışdıq. Həmkarımız açıqlamasında bununla yanaşı Lənkəran futbolunun son durumunu, stadionun vəziyyətini, uşaq komandalarının məşqləri ilə bağlı da danışdı.
 
"Hamısı boş söhbətdi. Konkret qərar yoxdu. "Xəzər Ləkəran"ın akademiyası fəaliyyət göstərir. Mən də stadiondayam. Nə komanda yaranması, nə mövsümə hazırlıqla bağlı qərar var. Rəhbərlik hər ay İstanbula gedir, görüşürlər, bu ənənəvi bir şeydi. Şirkətin burda nümayəndəliyi var. Nəzdində otel, idman kompleksi fəaliyyət göstərir. Normaldı, hər ay söhbətlər gedir. Amma yeni heç nə yoxdu".
 
Hüseyn bəy Lənkəran futbolunda son durumla bağlı bunları söylədi: "Nəinki Lənkəran, deyərdim ki, cənub futbolunda durum çox bərbaddı. Əvvəl bizim avtobuslar Cəlilabada, Astaraya gedirdilər, ordan uşaqları məşqə yığıb gətirirdilər, sonra qaytarırdılar. Təsəvvür edin hər gün bu proseslər gedirdi, 3 avtobus adam yığırdılar. Üstəlik, hamısı geyim dəstləri ilə təmin olunurdu. Bundan başqa həmin rayonlarda, Biləsuvarda, Masallıda məşqçilər təyin olunurdu və onlara maaş verilirdi. Gələ bilməyənlər elə orda məşq keçirdilər. 17-19 yaşlılar bazada qalırdılar.  Gündə 3 dəfə qidalanırdılar. Təsəvvür edin, indi bunların heç biri yoxdu. Astarada, Biləsuvarda futbol rəsmən "ölüb" desək səhv etmərik. Hazırda akademiyada yalnız Lənkərandan olan, 4 yaş qrupu üzrə, 100-ə yaxın uşaq var. U-17, U-19 və U-13 AFFA-nın çempionatlarında oynayır. 12 yaşlılar var ki, onları da hələ çempionata hazırlayırıq. Hazırda ən böyük yaş qrupu "17-lər"di. Problem də bundadı ki, onlar böyüyəndən sonra nə edəcək? Düzdü, klublar onları izləyir, kim daha perspektivlidisə gedəcək. Başqa klublara bu şəkildə xeyli futbolçu vermişik. Amma ən pisi nədi? Bu işin başqa tərəfidi. Gedənlər də geri qayıdır. Elə uşaq var ki, Bakıda qala bilmir. Vaxtında yemək yeyə, dərsə gedə bilmir. Ancaq məşqə gedib-gəlirlər. Normal qidalanma da yoxdu. Hamısı zəncirvaridi. Uşağa 150 manat maaş verirlər. Deyir ki, o da marşurtda bitir. Məşqən çıxır şirniyyat, sok filan alır, 150 manat bir həftəni ancaq görür. "Xəzər Lənkəran" kimi bölgə komandası olmayıb. Heç "Kəpəz"də görün Tovuzdan və digər yaxın bölgələrdən futbolçu var? Ən perspektivlilər oynayır. "Qarabağ"ın aşağı yaş qruplarına xeyli uşaq vermişik. "Xəzər Lənkəran" son 2 ildə öz yetirmələrinin hesabına oynadı. Başqa cür mümüknü deyildi".
 
Klub rəsmisi qazonun vəziyyətini də anlatdı: "Normaldı, həvəskar liqa komandaları, o cümlədən regional liqada oynayanlar xahiş edir, biz də şərait yaradırıq. Onların da liqasından baş açmaq olmur, 3 aydan bir oynayırlar. Amma qazona baxılır. Ota qulluq edən texniki heyət hamısı yerindədi. "Kəpəz"də qazon yeni salınıb. Amma şəkillərlə, televeziya görüntüsü fərqli idi. Amma bizdə indi də qazonun rəngi yaşıldı. Bəzi yerlərdə kiçik saralmalar ola bilər. Mart ayında torpaq canlanacaq, hər şey qaydasına düşəcək. Ən vacibi qışda və yayda meydançanı qorumaqdı. Görək də necə olacaq. AFFA-nın başı qarışıb prezident oyunlarına. Bunu ora təyin edir, onu da bura. Bölgələr yada düşmür".
 
Mənbə: Sport7.az
Tarix: 21 Fevral [18:40]
Oxunub: 95 dəfə
Müəllif: Aut.az

"Neftçi"nin rəqibindən Azərbaycana qarşı təxribat - FOTO

Aut.az

"Neftçi" mərhələ adlasa "Sevilya" ilə qarşılaşacaq

Aut.az

"Neftçi"nin 20 ildi çempion olmayan 133 yaşlı rəqibi

Aut.az

“Neftçi” Avropa Liqasına harda start verəcək?

Aut.az

Kolumbiyalı hücumçunun "Neftçi"yə transferi baş tutmadı

Aut.az

Azərbaycan klublarının Avropa Liqasındakı rəqibləri məlum oldu

Aut.az

"Olimpiya"nın baş məşqçisi "Qarabağ"dan danışdı

Aut.az

“Qəbələ”, “Keşlə” və “Neftçi”nin rəqibləri müəyyənləşir - BU GÜN

Aut.az

“Qarabağ” Avstriyaya yola düşür - BU GÜN

Aut.az

"Neftçi" Türk Hava Yollarının geyimlərində - FOTOLAR

Aut.az