Konfransı kim çağırıb?

Martın 7-də, saat 10:00-da, “Bulvar otel”də AFFA-nın növbəti Hesabat Konfransı, Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək. Bununla bağlı rəsmi qərar hələ bir müddət öncə açıqlanıb.
 
Maraqlıdı ki, AFFA-nın rəsmi saytında bu barədə xəbər yerləşdirilsə də, qərar müəllifinin kimliyi yoxdu. Halbuki qurumun Nizamnaməsinin 28-ci maddəsində qeyd olunur ki, Növbəti Konfrans İcraiyyə Komitəsi tərəfindən ildə bir dəfə maliyyə ilinin başa çatmasından üç ay ərzində çağırılır. Amma bildiyiniz kimi, İcraiyyə Komitəsi bu il yığışmayıb və bu səbəbdən konfrans da çağıra bilməz.
 
Bundan başqa, 28-ci maddənin 2-ci bəndində o da qeyd olunur ki, gündəlik İcraiyyə Komitəsi tərəfindən müəyyən olunmalıdı. Amma bu bəndə də əməl olunmayıb – komitə yığışmayıb, gündəlik isə açıqlanıb.
 
Bu amillər Növbəti Konfransı qanunsuz saymağa imkan verirmi? Rəsmi sənədlərə, Nizamnaməyə inansaq belədi. Lakin AFFA işləri yoluna qoymaq, qanun çərçivəsinə sığışdırmaq üçün çoxdandı absurd qərar verib.
 
Xatırlayırsızsa, İcraiyyə Komitəsi özü səlahiyyətlərinin bir qismini baş katibliklə bölüşmüş, ona konfransı təyin etmək hüququ vermişdi. Bu səbəbdən Növbəti Konfrans da elə katiblik tərəfindən çağırılıb, standart gündəlik isə Nuzamnamədə əksini tapıb. Halbuki bu sənəddə həm gündəliyin müəyyənləşməsinin İK-ya tapşırılması, həm də gündəliyin standart mətninin dərci öz-özünü təkzib etməkdi.
 
Bəlkə elə buna görədi ki, qurumun rəsmi saytında yerləşdirilən bu xəbər-anonsda müəllifin adı qeyd olunmayıb. Bir növ absurd prosedur gizlədilib.
 
Katiblik icraedici orqan olsa da, artıq qərar vermək səlahiyyətindədi. Bunu İcraiyyə Komitəsi öz qərarı ilə təsbit edib. Deməli, Rövnəq Abdullayev, İsgəndər Cavadov, Kazbek Tuayev, Elşad Nəsirov, Qurban Qurbanov, Rauf Əliyev, Vaqif Sadıqov, Mahir Məmmədov, Zaur Axundov, Elmar Məmmədyarov, Firudin Qurbanov kimi seçilmişlər görməli olduğu işi daha kiçik səlahiyyəti olan baş katib Elxan Məmmədova həvalə edib.
Tarix: 21 Fevral [16:00]
Oxunub: 126 dəfə
Müəllif: Aut.az

AFFA "Ağsu"-nu çempionatdan kənarlaşdıracaq: şübhəli oyunlara görə

Aut.az

"Qarabağ"da istirahət başa çatdı

Aut.az

"Ansi Azərbaycandakı ən yaxşı səfirimiz idi" - Albaniya prezidenti

Aut.az

"Qarabağ"ın futbolçusu Fransa ilə oyuna çağırıldı

Aut.az

Ruslan Əmircanov ata oldu

Aut.az

“Bu il çempion “Neftçi” olacaq” – Ramin Musayev

Aut.az

Həmidov Ruslan klub prezidenti oldu

Aut.az

"Qarabağ" sınaqçı-rəqib tapdı

Aut.az

Əfran əməliyyat olundu - FOTO

Aut.az

“Bizə Qurban Qurbanov kimi dürüst insan lazımdı" - Abdulbari Gözəl

Aut.az