AFFA-dan Qəbələdəki qalmaqalla bağlı sərt qərarlar

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
İclasda Azərbaycan Premyer Liqasının XVI turunun “Qəbələ” – “Zirə” matçı bitəndən sonra baş verənlər - futbolçular arasında kütləvi dava geniş müzakirə olunub. İntizam Komitəsi oyunun video yazısını izlədikdən müvafiq qərarlar çıxarıb.
 
Məlum olub ki, “Qəbələ”nin futbolçuları Qismət Alıyev, Cavid Hüseynov, “Zirə”nin futbolçuları Riçard Qadze, Sadio Tounkara aqressiv hərəkətlərə yol veriblər. Bu səbəbdən futbolçular 2 oyun cəzalanıb, hər iki klub 3200 manat cərimə olunub.
 
Bundan başqa,  “Zirə”nin baş məşqçisi Ayxan Abbasov stadionun dəhlizində təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb, klub 4000 manat cərimə olunub. Baş məşqçiyə verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilib və 6 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.
 
İK “Qəbələ” klubunu təhlükəsizliyi və ictimai asayişi tam təmin etmədiyinə görə 4000 manat cərimələyib. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaq.

“Qəbələ” klubunun məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunur
 
Bundan başqa, “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.
Tarix: 21 Fevral [13:55]
Oxunub: 58 dəfə
Müəllif: Aut.az

"Sabah"ın yeni mövsümlə bağlı hazırlıq planı müəyyənləşdi

Aut.az

“Xəzər”in rəhbəri əmanətçilərin 100 milyon manatını götürüb ölkədən qaçdı

Aut.az

Qurbanovun köməkçisi müəyyənləşdi

Aut.az

"Qarabağ" Tunis millisinin futbolçusu ilə danışıqlara başladı

Aut.az

Baqali Dabo "Neftçi"də - Rəsmi

Aut.az

“Neftçi”də yeni müqavilə

Aut.az

“Qarabağ” onunla müqaviləni uzatdı - Rəsmi

Auta.z

“Neftçili Yay Futbol Düşərgəsi” start götürdü

Aut.az

Zidanın başçılıq etdiyi siyahıda Qurban Qurbanov 3 pillə irəlilədi

Aut.az

"Səbail"də yeni imza

Aut.az