Orxanın papağı Kamranın başına

“Donald Tramp “Ağ ev"dən getdi. Özü də birdəfəlik..." Yox, narahat olmayın, ştatları bir-birinə birləşən Amerikanın prezidenti beyqafıl istefa verməyib, öz görəvindədi və dünyanı təəccübləndirməkdə davam edir. Sadəcə, “Neftçi" klubunun prezidenti Orxan Hüseynzadəni vəzifəsindən çıxarıblar, 5-10 dəqiqə fərqi ilə “Sumqayıt"ın prezidenti Kamran Quliyevi də prezident postundan istefaya göndərərək, Orxan bəyin kabinetində oturmaq üçün təyinat veriblər.

O gün idman saytlarına göz atanda elə bildim yer-göy yerindən oynayıb, Tramp deyib ki, daha oynamıram, çıxıb gedirəm bina tikməyə. Messi də “Barselona"da geyindiyi formanı tullayıb Luis Suaresin üstünə, keçib “Real" tərəfə, deyib “kral klubu”nda oynamaq alayı şeydi. Və yaxud Aygün Kazımovanın həkimlərə yazığı gəlib, söz verib ki, daha bir də əməliyyat olunmayacaq, Səməd Səmədov da “İdman Azərbaycan" kanalında “Bayatı-Şiraz" muğamını tamam-kamal oxuyub. 
Amma və lakin bunların heç biri baş verməyib, sadəcə və sadəcə SOCAR-ın dəmir seyfindən maliyyələşən klubların ikisində prezident dəyişikliyi olub. Orxanın papağını Kamranın başına qoyublar. Bu qədər bəsit yəni...

“Azərbaycan futbolunda maraqlı heç nə baş vermir" yazan həmkarlarım da bu “prezident-prezident oyunu"nu böyük bir olay kimi şişirtmək istəyiblər. Qardaşlar, burda qəribə nə var ki? Uqandanın “Kofi Yunayted" klubunun masajçı-həkimi də bilir ki, bizim futbol komandalarının demək olar çoxunu məhz SOCAR maliyyələşdirir, hansı futbolçunun klub avtobusunun neçənci oturacağında əyləşməsini, boş vaxtlarında hansı restoranda dana basdırması yeməsini AFFA müəyyənləşdirir, stadionlara gübrəni AFFA səpir, baş məşqçilərə PFL prezidenti zamin durur, hakimlərə təlimatı... Nə isə, lənət FİFA-ya...

Ona görə də, son “prezident-prezident oyunu”nu ciddiyə almaq, eninə-uzununa təhlil eləmək, bu işə zaman ayırmaq lazım deyil. İmkan verin yuxarılar Əlinin papağını Vəlinin başına geyindirməkdə davam eləsinlər. Heç olmasa, sıravi azarkeşlərdən nümunə götürək. Camaat futbolumuzdakı pərdəarxası oyunları bizdən yaxşı görür, stadionlara gəlməməklə bu çirkin oyunu aparanlara etirazlarını bildirirlər. Evlərində rahat oturub Salvador, Nikaraqua, Sudan, Lüksemburq premyer-liqalarının qarşılaşmalarını izləyir, həyəcanlanır, sevinir, bir sözlə, futbolun gerçək dadını çıxarırlar.

Siz də başlamısız ki, xalq şairinin, üzr istəyirəm, xalq komandasının prezidentini işdən çıxarıblar, “Sumqayıt" klubunun prezidentini isə onun yerinə göndəriblər. Hə, nə olsun?

Etibar Cəbrayıloğlu  “Het-trik news”

 

 

 
Tarix: 21 Fevral [13:30]
Oxunub: 121 dəfə
Müəllif: Aut.az

"Neftçi"nin rəqibindən Azərbaycana qarşı təxribat - FOTO

Aut.az

"Neftçi" mərhələ adlasa "Sevilya" ilə qarşılaşacaq

Aut.az

"Neftçi"nin 20 ildi çempion olmayan 133 yaşlı rəqibi

Aut.az

“Neftçi” Avropa Liqasına harda start verəcək?

Aut.az

Kolumbiyalı hücumçunun "Neftçi"yə transferi baş tutmadı

Aut.az

Azərbaycan klublarının Avropa Liqasındakı rəqibləri məlum oldu

Aut.az

"Olimpiya"nın baş məşqçisi "Qarabağ"dan danışdı

Aut.az

“Qəbələ”, “Keşlə” və “Neftçi”nin rəqibləri müəyyənləşir - BU GÜN

Aut.az

“Qarabağ” Avstriyaya yola düşür - BU GÜN

Aut.az

"Neftçi" Türk Hava Yollarının geyimlərində - FOTOLAR

Aut.az