Kamran Quliyev: "Samir Abasovun “Neftçi”yə gəlişi hazırda müzakirə olunmur”

"Neftçi" klubunun yeni prezidenti Kamran Quliyev bu gün brifinq keçirib. O, öncə yeni klubundakı işi barədə danışıb: 
 
"Bu klubda işləmək hər kəs üçün şərəfdir. Sponsorlar, rəhbərlik tərəfindən dəvət gəldi. Məsələ isə ötən həftənin 5-ci günü rəsmiləşdi. Həm "Sumqayıt"da, həm də əvvəlki iş yerlərində komanda ruhunun tərəfdarıyam. Seçdiyim adamlar həmişə mənə, çalışdıqları təşkilata dayaq olublar. Bu gündən bir yumruq kimi sıx işləyəcəyik. Eyni zamanda "Neftçi"nin yeni idman direktoru Ceyhun Sultanovu təqdim edirəm. "Sumqayıt" klubunda gördüyü iş göz qabağındadır".
 
O, daha sonra klubda baş verəcəyk yeni təyinatlar barədə suallara aydınlıq gətirib: 
 
"Samir Abasovun gəlişi hazırda müzakirə olunmur. Bizim baş məşqçimiz var. Tərlan Əhmədov klubumuzun tarixinə düşmüş mütəxəssisdir. Samir Abasov isə "Sumqayıt"ın ən sadiq funksioneridir. Mən hələ klubun əməkdaşlarını tanımıram. Elələri var ki, onlar barədə fikir sonradan formalaşacaq. İnsanları tanımaq lazımdır. Dürüstlük, fədakarlıq və sadiqlik əsas amillərdir. Mənim öz baxışım var. Çox sadiq həmkarlarım var. Maliyyə-təsərrüfat fəaliyyətinə cavabdeh Elnur Məmmədovdur. "Neftçi"yə layiq insanlar bu klubda işləyəcəklər".
 
Kamran Quliyev "Neftçi" ailəsində böyüdüyünü deyib: 
 
"Mən işlədiyim yerlərdə ən önəmli məsələ ab-hava olub. O cümlədən "Neftçi" ətrafında indi yaranan qeyri-sağlam imici düzəlmək üzərində işləməliyik. Heyətlə bağlı məsləyə "Sumqayıt"da olduğu kimi, "Neftçi"də də qarışmayacağam. Baş məşqçinin tələbi üzrə futbolçular axtarılır. Bu məsələ ilə idman direktoru və seleksionerlər məşğul olur. Yalnız baş məşqçinin razılığı əsasında futbolçular cəlb oluna bilər. Əsas komanda adına layiq çıxış etməli, zirvələrdə olmalıdır. Bir neçə güclü futbolçu əcnəbi futbolçu gətirməliyik ki, rəqabət artsın, yerlilər ondan nə isə öyrənsinlər. Yaxın bir həftə ərzində idman direktoru mənim üçün hesabat hazırlayacaq. Komandanın durumu haqqında daha dəqiq məlumat alacağam. Bundan sonra hara gedəcəyimizə qərar verəcəyik. Çalışacağıq ki, Avropa Liqasına vəsiqə qazanacaq. Birinci gündən bu komandanın məsuliyyəti bizim çiyinlərimizdədir. Futbolçularla hansı komandaya gəldiklərinə dair söhbətlər aparılacaq. Kim "Neftçi"nin uğurları üçün çalışacaqsa, o da qalacaq".
 
K.Quliyev Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin açıqlaması haqda da danışıb: 
 
"Sumqayıt" rəhbəri kimi dəfələrlə qəbulunda olmuşam. Onun sözlərinə biganə qala bilməzdik. Buna görə reaksiya verdik. Fürsətdən yararlanaraq, deyərdim ki, kluba ürəkləri döyünən adam olsa belə, istənilən formada müdaxilə ola bilməz. Lakin kimsə bizə tövsiyə, məsləhət vermək istəsə, klubumuzun xeyrinə olsa, qulaq asmağa hazırıq. Bilirəm ki, Ramin müəllim əvvəlki "Neftçi" üçün çox darıxır. Məncə, elə buna görə də belə açıqlama verib".
 
Klubun uğurlu işi üçün ən vacib məsələlərdən birinin maliyyə olduğunu deyən Kamran Quliyev bu barədə də danışıb: 
 
"Elnur Eyvazov birinci gündən bu məlumatı mənə verib. Heç bir problem yoxdur. Maliyyə şəffaflığı var. Dövlət tərəfindən klubumuza qarşı heç bir iddia qaldırılmayıb. Maaş, mükafat sarıdan problemləri yoxdur. Eyni zamanda klubun layihələri var. Yaxın vaxtlarda bazanın tikintisinə start veriləcək. Yaxın 3-4 ay üçün yeni meydanlar tikib istifadəyə verəcək. Klubumuzun bazasının ən yüksək səviyyədə olması üçün sponsorlarımız lazımi şəraiti yaradacaqlar. Bir həftə vaxt istəyirəm ki, komandanı tanıyım. İkinci il ardıcıl Avroliqaya düşməmək bizim üçün uğursuzluq olacaq. Bunun üçün buradayıq ki, komandada dəyişiklik olsun. "Neftçi" ölkəmizi avrokuboklarda təmsil etməlidir."
 
"Neftçi"nin rəhbəri "Sumqayıt"ın "Neftçi"ni hərtərəfli üstələdiyi söyləyib: 
 
"Düzdür, komandanın oyunu, nəticə vacibdir. Akademiya sarıdan problemlər var. Uğur qazanmaq üçün bizə hər cür şərait yaradılıb. Bizə vaxt da lazımdır. Azarkeşlər bizdən nəticə tələb edirlər. Biz də bu problemlər üzərində işləyəcəyik. Azarkeşləri tribunaya gətirən ilk amil oyundur. Onların bizdən küsməyə tam haqları var. "Sumqayıt"da işlədiyim vaxt ardıcıl 3 məğlubiyyətdən sonra azarkeşlərimiz azalırdı. İnanıram ki, tərəfdarlarımız bizə sonadək dəstək olacaqlar. "Neftçi" xalq komandasıdır. Ən gözəl dövr 7-11 yaşlı uşaqları cəlb etməkdir”.
 
K.Quliyev "Sumqayıt"dan getməsinin onun üçün ağır olduğunu da deyb: 
 
"Sumqayıt” azarkeşlərinə məktub hazırlamışam. Bu klub mənim ilkim, məktəbim olub. Sumqayıt futbolu üçün əlimdən gələni etdim. Lakin ən yaxşı anda tərk etdim. Qoyub-getmədim, tərk etdim. "Sumqayıt" nə vaxtsa Avroliqaya vəsiqə qazansa, burada az da olsa, payımın olmasına sevinəcəyəm".
 
K.Quliyev "Neftçi”nin futbolçularının transfer qiyməti haqda da danışıb: 
 
"Dərk edirəm ki, "Neftçi"yə gələn futbolçunun məsuliyyəti və ondan tələb olunan nəticə yüksəkdir. Amma yenə hər şey bazar qiymətləri çərçivəsində olacaq. 5 manata layiq futbolçu "Neftçi"də 10 manat almayacaq. Problemimiz təkcə şişirdilmiş maaşlar deyil. Hərçənd, bu da var. Amma neçə faiz olduğunu deyə bilmərəm. Bizim əsas problemimiz futbolçuların "Neftçi"yə layiq səviyyədə çıxış etməmələridir. Hazırda kiminsə maaşına baxmaq düzgün olmaz. Yayda isə bir çox futbolçunun maaşına baxılacaq" (sportnet.az).
Tarix: 21 Fevral [13:15]
Oxunub: 93 dəfə
Müəllif: Aut.az

"Sabah"ın yeni mövsümlə bağlı hazırlıq planı müəyyənləşdi

Aut.az

“Xəzər”in rəhbəri əmanətçilərin 100 milyon manatını götürüb ölkədən qaçdı

Aut.az

Qurbanovun köməkçisi müəyyənləşdi

Aut.az

"Qarabağ" Tunis millisinin futbolçusu ilə danışıqlara başladı

Aut.az

Baqali Dabo "Neftçi"də - Rəsmi

Aut.az

“Neftçi”də yeni müqavilə

Aut.az

“Qarabağ” onunla müqaviləni uzatdı - Rəsmi

Auta.z

“Neftçili Yay Futbol Düşərgəsi” start götürdü

Aut.az

Zidanın başçılıq etdiyi siyahıda Qurban Qurbanov 3 pillə irəlilədi

Aut.az

"Səbail"də yeni imza

Aut.az