Zaur Tağızadə - 39

Bu gün Azərbaycan futbolunun "Qızıl oğlan”ının doğum günüdü.
 
Hazırda "Qarabağ”da Qurban Qurbanovun köməkçisi kimi çalışan Zaur Tağızadənin 39 yaşı tamam olur.
 
Sözsüz ki, Zaur Tağızadə azarkeşlərin yaddaşında daha çox 1999-cu ilin 4 sentyabrında Portuqaliya millisinin qapıçısı Vitor Bayanın ayaqlarının arasından keçirdiyi topla qalıb. Zaur bundan başqa Lixtenşteyni Bakıda 4:0 hesabı ilə məğlub etdiyimiz oyunda da fərqlənib. Ümumilikdə milli komandanın formasını 1997-ci ildən 2007-ci ilə qədər geyinən "Qızıl oğlan” 40 oyunda 6 qola imza atıb.
 
1979-cu ilin 21 fevralında Bakıda doğulan Zaur Tağızadə karyerası ərzində "Kür-Nur” Mingəçevir, Estoniyanın "Flora” və "Lelle Pyarnu”, İslandiyanın "Akranes”, Bakının "Şəfa”, MOİK və "Neftçi” klublarının formasını geyinib.
 
Bir müddət "Neftçi”də Qurban Qurbanovla bərabər çalışıb. 2011-ci ildən isə Qurbanovla birlikdə "Qarabağ”dadır.
 
Biz də öz növbəmizdə "Qızıl oğlan”ı təbrik edir, ona uğurlar və can sağlığı arzulayırıq.
 



Tarix: 21 Fevral [13:00]
Oxunub: 357 dəfə
Müəllif: Aut.az

"Qarabağ" rəsmiləri Portuqaliyada həndbola baxdı

Aut.az

Millimiz yenə böyükhesabla uduzdu

Aut.az

Azərbaycan - Qazaxıstan oyununun hakimləri bilindi

Aut.az

"Qarabağ" qayıtdı - FOTO

Aut.az

"Qarabağ" Portuqaliyada 2 qolla uduzdu

aut.az

Azərbaycan Premyer Liqasında IV turun rəmzi komandası

Aut.az

Tahir Süleymanov həqiqəti dedi: “Əcnəbilər yaşıl "paçka"larından imtina etməzlər”

Aut.az

Musayev vurnuxur, Məmmədov izləyir

Aut.az

"Qarabağ" - "Arsenal" matçının biletləri satışda

Aut.az

Babək Quliyev həmkarını hədələdi: “Ay tupoy, ağıllı olmasan...”

Aut.az