AFFA Quliyevi aldadıb: "Demişdilər ki, gəl burda işlə, yığmalardan birinə göndərərik"

Xeyli vaxtdı Emin Quliyevdən xəbər-ətər yox idi.
 
Son vaxtlar AFFA və "Bakcell"in birgə layihəsi olan Bakıdakı "Mançester Yunayted Akademiyası"nda çalışırdı, Sonradan eşitdik ki, ordan ayrılıb. Bu üzdən Quliyevi arayıb nə işlə məşğul olduğunu, karyerası ilə bağlı son durumu öyrəndik. 
 
Emin bəy Sport7.az-a açıqlamasında bunları söylədi:
 
- Bildiyimizə görə, "Mançester Yunayted"in akademiyasından ayrılmısız. Nə işlə məşğulsuz?
 
- Heç bir işlə məşul deyiləm. 
 
- Ayrılmağa səbəb nə oldu?
 
- Bilirsiz, məndə pullu qrup idi. Baxdım ki, burda futbolçu yetişən deyil. Orda uşaq yetişdirmək çətindi. Əvvəlcədən də demişdim ki, uşaqlarla işləmək üçün səbirli adam lazımdı ki, əsəbləşməsin. Həm də mənə 2-3 aylıq söz vermişdilər. Artıq 1 ilə yaxındı burdayam. Həm əsəblərim yerində deyildi, həm də özümü saxlaya bilmirdim, uşaqların üstünə qışqırırdım. Deyəsən, uşaqların valideynləri də gedib şikayət etmişdilər. Hərə bir söz deyir. 
 
- Rəhbərlikdən məsləhət gördülər, yoxsa özünüz getmək istədiz?
 
- Həm məsləhət gördülər, həm də özüm istəmişdim. Mənə demişdilər ki, "evdə oturma gəl bir müddət burda işlə, sonra yığmalardan birinə göndərərik". Sonra alınmadı. Sən demə, millilərdə bizə yer yoxdu. Hansı ki, bu qədər yığmalarımız var.
 
- Rəhbərlikdən bildirmişdilərsə, AFFA sizi yığmalarda hər hansı işlə təmin edə bilərdi...
 
- Edə bilərdi... Kiməsə deyə bilmərəm ki, aparıb məni baş məşqçi qoysunlar. Amma köməklik üçün nəsə iş verə bilərdilər. Hər hansı işlə məşğul olardım. 
 
- Bəs nə düşünürsüz?
 
- Heç nə. Nə iş görə bilərəm ki? Futboldan başqa işim var? 20-30 ildi futboldayam. Gedib basketbolda, yaxud güləşdə işləyim? Bacarıram bunları? İşləyə bilmərəm axı.
 
- Çempionatı izləyirsiz?
 
- Arada izləyirəm. 
 
- Son vaxtlar çempionat sizə necə təsir bağışlayır?
 
- Əvvəla, futbolu nə üçün oynayırsan? Azarkeş üçün, düzdü? Azarkeşsiz futbolun nə mənası, ləzzəti var. Bir stadionda ki, azarkeş görmürsən... Hər halda mən belə fikirləşirəm. Heç idmançı da belə vəziyyətdə öz istədiyini həyata keçirə bilmir. 
 
- Narazı qaldığınız məqamlar təkcə azarkeşlərlə bağlıdı?
 
- Klubların səviyyəsi, sayı azdı. Əvvəl 14-16 klub vardısa, onların minimum 6-7-si çempionluğa oynayırdı. Keçən il mən dediyim kimi, "Qarabağ" çempion oldu. 8 klubla...
 
- Bu il kim çempion olacaq?
 
- Nə deyim, eyni şey olacaq. Düzdü "Qəbələ" iddialıdı. Yenə də "Qarabağ"ın çempion olacağını düşünürəm.
 
- Heç birinci diviziondan da təkliflər olmadı? Ümumiyyətlə orda çalışmaq istəyərsiz?
 
- Əlbəttə, niyə işləmirəm? İş olsun. Yavaş-yavaş dəstək verməlidilər ki, sən də özünü göstərə biləsən. O olmayandan sonra nə edə bilərsən ki? Nə adamım var nə bir şey. Futbolda da müəyyən əziyyətim olub. Bilirsiz təsir edən nədi? Futbolda əziyyətin ola amma kənarda qalasan. Bəzi adamlar var, baxırsan ki, futbola aidiyyatı yoxdu. Nə oynayıb, işləyib, nə də əziyyəti olub. Həmin adamlar işləyir, sən isə oturub kənardan baxırsan. Nə deyim? Allah hamının köməyi olsun, mən də içində. 5 əlli razıyam ki, kim əziyyət çəkib o da işləməlidi. 
 
- Bu laqeyidlik nədən irəli gəlir sizcə?
 
- Vallah, səbəbini bilmirəm. Ümidimizi kəsməyək, yaxşı olar.
 
- "Mançester Yunayted"də işləyəndə də təkliflər olmurdu?
 
- Yox olmurdu. "Mançester Yunayted"də nə işləyirdik ki? İngilis məşqçinin seçdiyi 14 uşaq idi. Yanında Samir Ələkbərov olurdu. Məni də göndərmişdilər pullu qruplara. Bir dənə top götür get, "fişkalar"ı düz, məşq keç. Hamısı da ərköyün uşaqlar, heç nə demək olmaz. Yenə də sağ olsunlar, bunu etdilər. Adam naşükür olmaz. Yaxşı bəs nə qədər olar axı? Çox şeylər var amma demək olmur.
 
- Ümumiyyətlə, "Mançester Yunayted" layihəsini uğurlu hesab edirsiz?
 
- Yaxşı ideyadı. Amma uğurlu o zaman demək olar ki, bizim perspektivli futbolçular gedib "Mançester Yunayted"in məktəbində oynayardı, "artırardı". Gələcəkdə də həm yığmamızda, həm də xarici klubların birində çıxış edərdi. Amma neçə ildi bir uşaq ora gedib oynamır, düşə bilmirlər. Perspektivli uşaqlar var. Amma bunlar da sona qədər oynamalıdılar axı. Futbolçuların neçəsi belə "batdı", əsas heyətə salınmırdı. Sonradan gedib türk, braziliyalı filan gətirirdilər. Məşq keçdiyim uşaqlar klubların məktəblərindən seçilirdi. Amma heç biri gedib İngiltərədə qalmırdı. Qalan olsa, deyərdik ki, yaxşıdı.
 
- Yığmanın çıxışları və ordakı dəyişikliklərlə bağlı nə düşünürsüz?
 
- Özümüzünkülərin olması yaxşıdı. Əvvəldən də belə demişəm. Gələnlər nə edir ki? Tutalım düşdülər qrupa sonra? Yəni gəlirdilər, "yeyib" gedirdilər. Ondansa Qurban Qurbanov işləsin. Həm klubunda nəticə verir, həm də əziyyət çəkir. Burda da nəticə verər. Dərhal düzələn deyil. Amma Qurbana vaxt vermək lazımdı. Allahdan ümid heç vaxt kəsilməz. Yaxşı olar inşallah.
Tarix: 21 Fevral [12:30]
Oxunub: 147 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az