"Araz" yenə qalib gəldi, "Marafon Futsal"dan darmadağın

Dünən futzal üzrə Yüksək Liqada 16-cı turun oyunları keçirilib. 

Aut.az xəbər verir ki, ilk oyunda liderlər qrupunda yer alan “Marafon Futsal” və autsayder “Xəmsə” qarşılaşıb. Böyükhesablı qələbə qazanan “Marafon Futsal”ın heyətində kapitan Renat Sultanov poker edib. Bununla da o, vurduğu qolların sayını 20-yə çatdırıb. “Araz”la “Yasamal”ın qarşılaşmasında da favorit qələbə qazanıb. Düzdü, iranlı legionerlərlə heyətini gücləndirən “Yasamal” müqavimət göstərməyə çalışsa da, ustalıq fərqi nəticədə də əksini tapıb.

Turun son və mərkəzi oyunu isə gərgin və maraqlı mübarizə şəraitində keçib. Oyunun əksər hissəsində hesabda üstün olan EKOL yekunda 1 xalla kifayətlənib. Hətta matçın gedişində 2:5 hesabı ilə geri düşən “FK.İD.Futsal” məğlubiyyətlə barışmayıb. Sona qədər mübarizəsini davam etdirən debütant əzmkar oyununun bəhrəsini son dəqiqədə əldə edib. Bu heç-heçə EKOL-lun ikinci pillədəki rəqibi ilə xal fərqinin artmasına şərait yaradıb. 

Futzal üzrə Yüksək Liqa, 16-cı tur 

20 fevral

Marafon Futsal - Xəmsə 13:1 
Hakimlər: Elçin Məmmədov. Əli Cəbrayılov, Kənan Məlikov
Hakim-inspektor: Ədilxan Hünbətov
Qol: R. Sultanov, 2, 9:47, 19:27, 28:43, S. Çumakov, 6:52, 13:49, 38:35, V. Jarikov, 9, 30:12, 39:13, V. Tservo, 22:55, E. Barati, 23:35, 32:52 - R. Cəlilov, 39:40
Sarı vərəqələr: K. Hacıyev, 22:36 - Ə. Həsənov, 10:36
"Olimpik Star"

Marafon Futsal: 2. Kamran Hacıyev (q), 8. Renat Sultanov (k), 10. Seymur Məmmədov, 11. Vasili Jarikov, 20. Sergey Çumakov, 12. Kəsra Mehdipour (q), 7. İlkin Hacıyev, 9. Elyas Barati, 4. İbrahim Zeynalov, 22. Tofik Əliyev, 77. Vyaçeslov Tservo, 99. Rüstəm Bağırzadə

Baş məşqçi: Elşad Quliyev

Xəmsə: 1. İbrahim İbrahimov (q), 9. Samir Əmirov, 10. Əli Həsənov (k), 11. Rüfət Cəlilov, 12. Ceyhun Yusifov, 6. Şamo Talıbov, 7. Elçin Zeynalov, 13. Novruz İbrahimov(k), 14. Yamin Ağakərimov

Baş məşqçi: Arif Vəliyev

Yasamal FK - Araz 2:5
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Azad Hüseynov
Hakim-inspektor: Rafiq Pənəhpur
Qol: M. Hayatbini, 24:19, M. Cahandost, 39:45 - Bolinya, 4:40, 13:21, 29:58, R. Çovdarov, 16:51, E. Kardoso, 35:10
Sarı vərəqə: S. Cavid, 3:43 M. Hayatbini, 13:30, M. Cahandost, 16:34 - T. Bolinya, 11:12
"Olimpik Star"

Yasamal: 1. Mohammed Roştani, 18. Mohsin Hayatbini, 9. Vladislav Vorobyov, 10. Mortoza Cahandost (k), 12. Sadiq Cavid, 8. Məhəmməd Şahsuvari, 14. Cavid Taleb, 6. Xəyal Quliyev, 2. Reza Mahdouri

Rəhbər: Orxan Allahverdiyev

Araz: 1. Rövşən Hüseynli (q), 6. Eduardo Borges, 10. Teles Thaqo Bolinya, 8. Rizvan Fərzəliyev (k), 3. Kardosa Everton Qalo, 19. Anar Məmmədov (q), 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 14. Oktay Rüstəmli, 15. Reza Tolouei, 2. Adil İsmayılov

Baş məşqçi: Joze Alesio da Silva

FK.İD.Futsal - EKOL 5:5
Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Anar Fərəcov
Hakim-inspektor: Ağarza Rzayev
Qol: R. Fərəczadə, 9:29, 37:35, E. Quliyev, 31:52, N. İsmayılov, 35:20, 39:26 - S. Həmzəyev, 5:17, N. Məmmədkərimov, 7:18, 30, R. Əhmədov, 17:25 (10 m.), F. Ələkbərov, 31:25
Sarı vərəqə: A. Ağayev, 17:25, A. Zeynalov, 29:27, R. Fərəczadə, 37:50 - Ə. Abasov, 12:54, N. Məmmədkərimov, 14:40, İ. Babayev, 31:25
"Olimpik Star"

FK. İD. Futsal: 12. Ramil Həsənzadə (q, k), 7. Rəcəb Fərəczadə, 6. Anar Ağayev, 9. Elşən İbrahimxəlilov, 4. Elvin Quliyev, 1. Sadiq Ramazanov (q), 5. Asif Zeynalov, 8. Nihad İsmayılov, 13. Ağatahir Əzimov , 10. Eşqin Tağıyev

Baş məşqçi: Rəfael Adbulov

EKOL: 99. Emin Kürdov (q), 4. Fərid Atakişiyev, 9. Əsgər Abasov, 11. Namiq Məmmədkərimov (k), 14. Zaur Fərziyev, 1. İntiqam Babayev (q), 2. Radik Əhmədov,17. Fərid Ələkbərov, 10. Samir Həmzəyev, 7. Sərxan Məstiyev, 13. Taleh Ağayev, 33. Ələsgər Ələsgərli

Baş məşqçi: Radik Əhmədov

Bombardir: Renat Sultanov (“Marafon Futsal”) - 20 qol.

 

 

 
Tarix: 21 Fevral [11:40]
Oxunub: 61 dəfə
Müəllif: Aut.az

"Sabah"ın yeni mövsümlə bağlı hazırlıq planı müəyyənləşdi

Aut.az

“Xəzər”in rəhbəri əmanətçilərin 100 milyon manatını götürüb ölkədən qaçdı

Aut.az

Qurbanovun köməkçisi müəyyənləşdi

Aut.az

"Qarabağ" Tunis millisinin futbolçusu ilə danışıqlara başladı

Aut.az

Baqali Dabo "Neftçi"də - Rəsmi

Aut.az

“Neftçi”də yeni müqavilə

Aut.az

“Qarabağ” onunla müqaviləni uzatdı - Rəsmi

Auta.z

“Neftçili Yay Futbol Düşərgəsi” start götürdü

Aut.az

Zidanın başçılıq etdiyi siyahıda Qurban Qurbanov 3 pillə irəlilədi

Aut.az

"Səbail"də yeni imza

Aut.az