Güclü qasırğa Olimpiya Oyunlarına mane olur – FOTO + VİDEO

Bu gün Qış Olimpiya Oyunlarının keçirildiyi parkı güclü qasırğa bürüyüb.
İnsanlar təcili şəkildə təxliyyə edilir, zərərçəkənlərin olduğu bildirilir.
Əlverişsiz hava şəraiti ilə əlaqədar 11:00-a nəzərdə tutulan qadınlar üzrə fərdi biatlon yarışı təxirə salınıb.  
Qasırğa digər yarışların da keçirilməsinə əngəl ola bilər. Rusiya-Slovakiya arasında hokkey matçının keçirilməsi sual altındadır. Arenanın yerləşdiyi rayonda sərt külək əsir, küləyin təsiri nəticəsində arenanın həyətindəki çəpərlər və lövhələr aşıb.
Pyanqçanqda Olimpiya Oyunlarının start götürdüyü ilk gündən hava soyuq və küləkli olub. Şənbə günü isə temperatur mənfi 23 dərəcəyə düşdüyündən dağ xizəkçilərinin yarışının vaxtı dəyişdirilib.
İdmançılar soyuqdan qurtulmaq üçün hər vasitəyə əl atır. Qalın geyimlərə bürünür, dərinin şaxtadan donmaması üçün üzlərinə məlhəm vurur, fitə bənzəyən qeyri-adi qadcetlərdən istifadə edirlər.
Bu cihaz bir növ qızdırıcı rolunu oynayır. İstehsalçıların bildirdiyinə görə, açıq havada temperatur mənfi on beş dərəcə olduqda bu cihaz müsbət 20 dərəcədə olduğu kimi rahat tənəffüsü təmin edir.

 

 

Tarix: 14 Fevral [20:00]
Oxunub: 29 dəfə
Müəllif: Aut.az

Baş nazir qara kəmər ustası oldu

Aut.az

22 yaşlı xanım idmançının müəmmalı ölümü - FOTO

Aut.az

Qəsdən uduzduğu üçün cəzalandı

Aut.az

Bakıda polis qardaşını öldürən cüdoçunun məhkəməsi başladı

Aut.az

İşdən qovuldu

Aut.az

Güclü qasırğa Olimpiya Oyunlarına mane olur – FOTO + VİDEO

Aut.az

Türkiyənin baş naziri azərbaycanlı klub sahibinə… - VİDEO

Aut.az

“Azəri Qardaşları” Rusiyada dünya rekordu qırdılar - FOTO

Aut.az

Millimiz Rusiya ilə eyni qrupda

Aut.az

Olimpiadaya kiber hücum şoku

Aut.az