Şeytana "papış" tikən Kamil braziliyalının "Neftçi"yə keçidini əngəllədi

Bugünlərdə xəbər vermişdik ki, “Neftçi”nin birbaşa müqaviləylə transfer etmək istədiyi daha bir futbolçu ilə danışıqları son anda alınmayıb.

Söhbət braziliyalı Felipe Quedesdən gedir.

Bildirmişdik ki, ölkəsində ABC-nin formasını geyinən 26 yaşlı dayaq yarımmüdafiəçisi təklif olunan müqavilə şərtləri ilə razılaşmayıb. 

Cari mövsümün nəticələrinə görə, 20 komanda arasında 19-cu yer tutaraq B divizionundan aşağı yuvarlanan klub onu sərbəst buraxmağa hazır olsa da, Quedes Bakılılardan kifayət qədər yüksək əməkhaqqı tələb edib.

Belə ki, Fransisko Qarsiya, Lukas Qomes və Mayk Kampası «Neftçi»yə soxuşdurub, külli miqdarda pul qazanan Kamil Məmmədov braziliyalı hücmuçuya öz şərtlərini diktə etmək istəyib.
 
Şeytanla bəhsə girəcək qədər hiyləgər xarakteri olan FİFA meneceri Quedesə bildirib ki, agentini dəyişib onunla işləsə, Azərbaycana yolu açılacaq və istədiyi məbləğ ona ödəniləcək.
 
Təbii ki, Məmmədov bu işdən öz «pay»ını götürməklə. «Sambaçı» uzun müddətdə çalışdığı meneceri «qırmaq» şərtilə razılaşmayıb.(sportinfo)
Tarix: 14 Fevral [19:20]
Oxunub: 151 dəfə
Müəllif: Aut.az

Millimizin oyunlarının vaxtı açıqlandı

Aut.az

PFL-dən Premyer Liqa və ölkə kubokuyla bağlı dəyişiklik

Aut.az

"Neftçi"nin 4 futbolçusu "Zirə"yə qarşı oynamayacaq

Aut.az

“Beşiktaş” millimizin qapıçısını icarəyə verdi

Aut.az

“Qarabağ”ın futbolçusu “Fənərbaxça”da

Aut.az

"Neftçi" "Xəzər Lənkəran"ı darmadağın etdi

Aut.az

Ağabala dubl etdi, "Qarabağ" qalib gəldi

Aut.az

AFFA-da klublara top paylandı

Aut.az

Baş katibin uğursuz adamları

Aut.az

"Neftçi" Suriyanın tarixi abidələri kimi viranə qoyulur"

Aut.az