Namiq Yusifovu "Qarabağ"dan Ramin Musayev qovdurub

Namiq Yusifovun "Qarabağ"dan kənarlasşdırılmasından xəbərdarsınız. Öncə bunun dəqiq səbəbi açıqlanmasa da sonradan məlum oldu ki, sən demə Yusifov qardaşının güdazına gedib. Belə ki, onun qardaşının ötən il "Rəvan"la, bu il isə "Binə" ilə işbirliyində olması üzə çıxıb. Hər iki klub isə oyun alqı-satqısında şübhəli bilinib. Daha doğrusu, "Rəvan" bu əməllərinə görə çempionatdan kənarlaşdırılıb. "Binə"nin adı da hazırda "qara siyahı"dadır. Daha sonra məlum oldu ki, sən demə, Namiq də bu işlərdən kənar olmayıb.
 
Bundan ilk xəbər tutan şəxs PFL prezidenti Ramin Musayev olub.
 
"Qarabağ"a, konkret Qurban Qurbanova da bu məlumatı məhz Musayev çatdırıb. Bildirib ki, belə bir adamın Ağdam klubunda çalışması həm klubun, həm də Qurbanovun imicinə xələl gətirir. Üstəlik, bu, elə məsələdir ki, heç vaxt Qurbanov özü də adı kirli işlərdə hallanan şəxsi yanında görmək istəməz. Buna görə də PFL prezidentinin sözlərindən dərhal sonra Yusifovun göndərilməsinə qərar verib.(rekord.az)
Tarix: 14 Fevral [18:50]
Oxunub: 222 dəfə
Müəllif: Aut.az

Araz Abdullayev “Anortosis”dən niyə ayrılıb?

Aut.az

Ufuk Budak "Qarabağ"da?

Aut.az

"Qarabağ"ın bütün potensial rəqibləri müəyyənləşdi

Aut.az

Azərbaycan kubokunun sahibi müəyyənləşir - BU GÜN

Aut.az

Azərbaycan klublarının transfer bazarlığı - YENİLƏNİR

Aut.az

Millinin açıq məşqi - FOTOLAR

Aut.az

Millimiz Makedoniyaya uduzdu

Aut.az

Əfran İsmayılov Super Liqada: hansı kluba keçir?

Aut.az

Yığmamızdan heç-heçə

Aut.az

Qurban Qurbanov: "Cavid Hüseynovun hərəkətlərini xoşlamıram"

Aut.az