Avtobusda yatacağıq - Sabiq “Xəzər Lənkəran”lı

Hazırda Türkiyə birinci liqasında çıxış edən “Qaziantespor” klubu çətin günlərini yaşayır. Vaxtilə Super Liqada avrokuboklara vəsiqə uğrunda mübarizə aparan klub, maliyyə çatışmazlığına görə gənclərin ümidinə qalıb.
 
Hazırda komandanın “sükanı arxasında” olan keçmiş futbolçu Oqtay Dərəlioğlu Türkiyə mətbuatına açıqlamasında çempionatın növbəti oyununa avtobusla gedəcəklərini deyib. Oteldə qalmağa pulları olmadığını deyən keçmiş hücumçu, avtobusda gecələyə biləcəklərini də bildirib:
 
“Cümə günü yola çıxacağıq. Cümə axşamı getsək, oteldə qalmalı olacağıq. Bizi otellər də qəbul etmir. Hazırda Ərzurumda qalacağımız otel də müəyyənləşməyib. Şənbə günü isə oyundan dərhal sonra yola çıxacağıq. Bura bazar günü günortadan sonra çatarıq. Ondan sonra da yəqin komandaya istirahət verərik. Bazar ertəsi yüngül məşq, çərşənbə axşamı isə yenidən çempionat oyunumuz var. Hazırda avtobusumuz da xarabdı. Otellər isə bizi qəbul etmir. Ərzuruma gedə bilsək, yəqin ki, avtobusda yatacağıq. Ancaq şənbə günü Ərzurumda qar yağması ehtimalı var. Qarşıdakı iki gündə isə yağış yağacaq. Artıq necə gedib-gələcəyik, bilmirəm”.
 
“Qaziantepsor” 1-ci liqanın növbəti turunda səfərdə “Ərzurum BB” ilə qarşılaşacaq. Hazırda hesabında 4 xal olan komanda 18 klub arasında sonuncu sırada qərarlaşıb.
Xatırladaq ki, Oqtay Dərəlioğlu 2004/05 mövsümündə ölkəmizdə “Xəzər Lənkəran”ın şərəfini qoruyub. O, Lənkəran təmsilçisinin heyətində ölkə çempionatının gümüş medallarını qazanıb.

 

 

 
Tarix: 14 Fevral [18:10]
Oxunub: 130 dəfə
Müəllif: Aut.az

Ronaldo ilk oyunda qapıçının burnunu qırdı

Aut.az

Dəniz Yılmaz 19 dəqiqə oynadı

Aut.az

Azərbaycanlı futbolçu Latviyada bir oyunda 5 qol vurdu

Aut.az

AFF-nin prezidenti Məsut Özildən üzr istədi

Aut.az

Nazarov 71 dəqiqə oynadı

Aut.az

Ukraynalı futbolçu Rusiya bayrağından üz çevirdi

Aut.az

Tite Braziliya millisinin heyətini açıqladı SİYAHI

Aut.az

Ozan Can kənardan izlədi

Aut.az

İbrahimoviç müflis oldu

Aut.az

Eddi İsrafilov 6 dəqiqə oynadı

Aut.az