Mərkəzi oyunun qalibi "Araz" oldu

Bu gün futzal üzrə Yüksək Liqada 15-ci turun iki oyunu keçirilib. 
 
Qış fasiləsindən sonra ilk duel əzəli rəqiblər - “Araz” və EKOL arasında baş tutub. Lider “Araz” ilk “3-lük”də yer alan rəqibi ilə dueldən yenə qalib ayrılıb. Bu komandalar arasında ilk 2 dövrədə baş tutan hər iki oyunda da son çempion 2:1 hesabı ilə qalib gəlmişdi.
 
Günün ikinci oyununda isə debütantlar - “FK.İD.Futsal” və “Marafon Futsal” qarşılaşıb. Turnir cədvəlində fərqli mövqelərində yer alan komandaların duelində favorit şübhəsiz “Marafon Futsal” idi. Qış fasiləsində iki iranlı futzalçı ilə vidalaşan, əvəzində Belarusdan 2 oyunçu dəvət edən komanda matçda hesabı açan tərəf oldu. Bu qol matçda yeganə olub və “Marafon Futsal” qələbə sayəsində liderlə xal fərqinin artmasına imkan verməyib.
 
Bu turun “Neftçi” İK - “Yasamal” FK oyunu qeyri-müəyyən vaxta təxirə salınıb.
 
Futzal üzrə Yüksək Liqa, 15-ci tur
 
14 fevral
 
EKOL - Araz 0:3
Qol: T.Bolinya, 20. E.Borges, 25. R.Çovdarov, 40.
Bakı İdman Sarayı. Saat 14:30
Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Azad Hüseynov
EKOL: 99. Emin Kürdov (q), 4. Fərid Atakişiyev, 9. Əsgər Abasov, 11. Namiq Məmmədkərimov (k), 14. Zaur Fərziyev, 1. İntiqam Babayev (q), 2. Radik Əhmədov,17. Fərid Ələkbərov, 10. Samir Həmzəyev, 7. Sərxan Məstiyev, 13. Taleh Ağayev, 33. Ələsgər Ələsgərli.
Baş məşqçi: Radik Əhmədov.
Araz: 1. Rövşən Hüseynli (q), 6. Eduardo Borges, 3. Teles Thaqo Bolinya, 8. Rizvan Fərzəliyev (k), 13. Kardosa Everton Qalo, 19. Anar Məmmədov (q), 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 9. Oktay Rüstəmli, 10. Reza Tolouei, 18. Adil ismayılov
Baş məşqçi: Joze Alesio da Silva.
 
FK.İD.Futsal - Marafon Futsal 0:1
Qol: O. Talebi, 10.
Bakı İdman Sarayı. Saat 16:00
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Kənan Məlikov
FK. İD. Futsal: 1. Ümid Paşayev (q), 7. Rəcəb Fərəczadə, 8. Nihad İsmayılov, 9. Elşən İbrahimxəlilov, 10. Faiq Əliyev, 12. Ramil Həsənzadə (q, k), 4. Elvin Quliyev, 5. Asif Zeynalov, 6. Anar Ağayev, 13. Ağatahir Əzimov.
Baş məşqçi: Rəfael Adbulov.
Marafon Futsal: 12. Kəsra Mehdipour (q), 10. Seymur Məmmədov, 7. İlkin Hacıyev, 9. Omid Talebi, 13. Məcid Moravati, 2. Kamran Hacıyev (q), 8. Renat Sultanov (k), 11. Vasili Jarikov, 20. Sergey Çumakov, 4. İbrahim Zeynalov, 22. Tofik Əliyev, 77. Vyaçeslov Tservo, 99. Rüstəm Bağırzadə.
Baş məşqçi: Elşad Quliyev.
Bombardir: Renat Sultanov (Marafon Futsal) – 16 qol

 

 

 
Tarix: 14 Fevral [18:30]
Oxunub: 41 dəfə
Müəllif: Aut.az

Millimizin oyunlarının vaxtı açıqlandı

Aut.az

PFL-dən Premyer Liqa və ölkə kubokuyla bağlı dəyişiklik

Aut.az

"Neftçi"nin 4 futbolçusu "Zirə"yə qarşı oynamayacaq

Aut.az

“Beşiktaş” millimizin qapıçısını icarəyə verdi

Aut.az

“Qarabağ”ın futbolçusu “Fənərbaxça”da

Aut.az

"Neftçi" "Xəzər Lənkəran"ı darmadağın etdi

Aut.az

Ağabala dubl etdi, "Qarabağ" qalib gəldi

Aut.az

AFFA-da klublara top paylandı

Aut.az

Baş katibin uğursuz adamları

Aut.az

"Neftçi" Suriyanın tarixi abidələri kimi viranə qoyulur"

Aut.az