Hakimi söyən futbolçular cəzalandı - Azərbaycanda

AFFA İntizam Komitəsi (İK) bugünkü iclasında U-17 liqasında keçirilən “Səbail” – “Neftçi” matçında baş verən hadisələrlə bağlı qərarını açıqlayıb. Komitə görüşdə qırmızı vərəqə alan “Neftçi”nin oyunçularına müvafiq cəzalar tətbiq edib.
 
İkinci sarı vərəqədən sonra meydandan qovulan Vüqar Quliyev 1, kobud oyuna görə birbaşa qırmızı vərəqə alan İlkin Əbiyev 2 oyunluq diskvalifikasiya olunub. Qarşılaşmanın son dəqiqələrində hakimi təhqir etdikləri üçün meydandan qovulan “ağ-qaralar”ın digər üzvləri Nihad Qurbanlı və Abbas Abbasov isə 4 oyunluq cəzaya məruz qalıb.
 
Bundan başqa, həvəskarlar liqasının “Balaxanı” – “Bərdə” matçında ikincilərin oyunçusu İlkin Fərhadov referinin ünvanına söyüş işlətdiyindən, eyni formada cəzalandırılıb.
Tarix: 14 Fevral [14:00]
Oxunub: 87 dəfə
Müəllif: Aut.az

Araz Abdullayev “Anortosis”dən niyə ayrılıb?

Aut.az

Ufuk Budak "Qarabağ"da?

Aut.az

"Qarabağ"ın bütün potensial rəqibləri müəyyənləşdi

Aut.az

Azərbaycan kubokunun sahibi müəyyənləşir - BU GÜN

Aut.az

Azərbaycan klublarının transfer bazarlığı - YENİLƏNİR

Aut.az

Millinin açıq məşqi - FOTOLAR

Aut.az

Millimiz Makedoniyaya uduzdu

Aut.az

Əfran İsmayılov Super Liqada: hansı kluba keçir?

Aut.az

Yığmamızdan heç-heçə

Aut.az

Qurban Qurbanov: "Cavid Hüseynovun hərəkətlərini xoşlamıram"

Aut.az