Koutinyo Portuqaliya vətəndaşı olur

“Barselona”nın braziliyalı yarımmüdafiəçisi Filippe Koutinyo Portuqaliya vətəndaşlığı almağa hazırlaşır.
 
Bu barədə məlumatı İspaniyanın “Mundo Deportivo” nəşri yayıb. Koutinyonun həyat yoldaşı Portuqaliya vətəndaşıdı. Cütlük artıq 3 ildi evlidi. Portuqaliya qanunlarına görə, Koutinyo atıq bu ölkənin vətəndaşlığına yiyələnə bilər.
 
Futbolçu Portuqaliya vətəndaşlığını alsa, “Barselona”da Avropa Birliyi ölkəsi vətəndaşı olmayan futbolçular üçün ayrılmış bir yer boşalacaq.
 
Belə ki, La Liqanın əsasnaməsinə görə, bu liqada çıxış edən klubların hər birində ən çoxu 3 Avropa Birliyi ölkəsi vətəndaşı olmayan futbolçu çıxış edə bilər. “Barselona”da isə artıq 3 belə futbolçu (Koutinyo, Paulinyo və Yerri Mina) var idi. Koutinyonun Portuqaliya vətəndaşlığı alması ilə “Barsa” daha bir Avropa Birliyi ölkəsi vətəndaşı olmayan futbolçu transfer etmək hüququ əldə edəcək. 

 

 

 
Tarix: 14 Fevral [14:30]
Oxunub: 66 dəfə
Müəllif: Aut.az

Emin Nuri oynamadı

Aut.az

Aleksandr Filimonov karyerasını bitirdi - 44 yaşında

Aut.az

“Rayo Valyekano” La Liqada

Aut.az

İsrafilov oynamadı

Aut.az

Rövlan Muradov mövsümün son matçında oynamadı

Aut.az

Hümbətovun komandası elita ilə vidalaşdı

Aut.az

Ramil Şeydayev "Mattersburq"da

Aut.az

Sabiq futbolçu döyüşdə dünyasını dəyişdi - FOTO

Aut.az

Əsgərovun komandasından ilk xal itkisi

Aut.az

Sevgilisi ilə barışmaq istəyən futbolçu onu öldürüb

Aut.az