Millimiz Rusiya ilə eyni qrupda

ABŞ-ın Ayova şəhərində keçiriləcək sərbəst güləş üzrə Dünya Kubokunun püşkü atılıb.
 
Dünya Güləş Birliyinin mənzil qərargahında baş tutan tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. Firdovsi Umudovun rəhbərlik etdiyi kollektiv Kuba, Qazaxıstan və Rusiya yığmaları ilə B yarımqrupunda mübarizə aparacaq.
 
ABŞ, İran, Gürcüstan və Yaponiya komandaları isə A yarımqrupunda yarışacaq.
 
Milli aprelin 7-də Kuba və Qazaxıstanla, aprelin 8-də isə Rusiya ilə yarımqrup görüşlərində qarşılaşacaq.
 
Qeyd edək ki, Azərbaycan yığması ötənilki analoji yarışı 3-cü yerdə başa vurub. Buna qədər isə sərbəst güləş yığması iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.
Tarix: 14 Fevral [13:50]
Oxunub: 31 dəfə
Müəllif: Aut.az

Baş nazir qara kəmər ustası oldu

Aut.az

22 yaşlı xanım idmançının müəmmalı ölümü - FOTO

Aut.az

Qəsdən uduzduğu üçün cəzalandı

Aut.az

Bakıda polis qardaşını öldürən cüdoçunun məhkəməsi başladı

Aut.az

İşdən qovuldu

Aut.az

Güclü qasırğa Olimpiya Oyunlarına mane olur – FOTO + VİDEO

Aut.az

Türkiyənin baş naziri azərbaycanlı klub sahibinə… - VİDEO

Aut.az

“Azəri Qardaşları” Rusiyada dünya rekordu qırdılar - FOTO

Aut.az

Millimiz Rusiya ilə eyni qrupda

Aut.az

Olimpiadaya kiber hücum şoku

Aut.az