“Fənərbaxça” baş məşqçisini qovdu

Qadın voleybolçulardan ibarət “Fənərbaxça” klubunun baş məşqçisi Jan De Brandt istefaya göndərilib.  İstanbul təmsilçisinin “İqtisadçı”nın sabiq çalışdırıcısı ilə yollarını ayırmasına komandanın son matçlarda uğursuz çıxışı səbəb olub.
 
Belçikalı mütəxəssis artıq yığmamızın da hücumçusu Polina Rəhimovanın heyətində yer aldığı “Fənərbaxça” ilə vidalaşıb. O bildirib ki, nəticələr ürəkaçan olmadıqda komandadan ilk gedən baş məşqçi olur: “Gülə-gülə “Fənər”. Oyunçular və məşqçilər korpusuna işbirliyimiz üçün təşəkkür edirəm. Mövsümün axırınadək hər şey ürəyinizcə olsun. Yeni təkliflər gözləyirəm”.
 
Qeyd edək ki, 2008-2010-cu illərdə də “Fənərbaxça”da işləmiş Brandt mövsümün əvvəlində komandanın “sükanı arxası”na keçmişdi. İstanbullular ölkə çempionatında və Çempionlar Liqasında 3-cü pillədə qərarlaşıb.
Tarix: 14 Fevral [12:45]
Oxunub: 126 dəfə
Müəllif: Aut.az

Depressiyaya düşüb

Aut.az

Günün oyunları - TV

Aut.az

ŞAH turnirə mat etməklə başladı

Aut.az

Azərbaycanda daun sindroumlulardan ibarət futbol komandası yaradılır - FOTOLAR

Aut.az

Şəhriyar Məmmədyarov ABŞ-a 75 min dollar qazanmağa gedir

Aut.az

Rəsul Çunayevə rütbə verildi - FOTO

Aut.az

Günün oyunları - TV

Aut.az

Serbiyalı oyunçudan türk lirəsinə dəstək

Aut.az

2500 dollar olan biletlər 3 dəqiqəyə satıldı

Aut.az

Azərbaycan millisinin üzvü 31 yaşında karyerasını bitirdi

Aut.az