Teymur Həsənlinin “daxili imkanlar”ı

“Binə”nin prezidenti Teymur Həsənli klubun müdafiəsinə qalxıb. O, “Futbolinfo”da gedən yazıya görə bizə yox, başqa bir sayta danışmaqla vəziyyətdən çıxmağa çalışıb.
 
Bakıətrafı qəsəbə təmsilçisinin rəhbəri yaratdığı klubun danışılmış oyunlarda iştirak etmədiyini bildirib: “Mənim üçün həyatda ən əsas məsələ şərəfdi. Bundan o tərəfi ola bilməz. Şərəfi olan insan isə heç vaxt çirkli işlərə özünü bulaşdırmaz. Mən bu klubu futbola olan sevgimdən yaratmışam. Fikirləşmişəm ki, artıq Binədə də peşəkar futbolun olması vaxtı gəlib çatıb. “Binə”nin maliyyələşməsində məndən başqa heç kim iştirak etmir. Bütün işləri daxili imkanlarımız hesabına görürük. Yayda, çempionatın başlamasından bir qədər əvvəl bəzi mətbuat orqanları “Şərurspor”un prezidenti Sərdar Bağırovun “Binə”yə sponsorluq etdiyini yazırdılar. Pis çıxmasın, mənim onunla heç bir tanışlığım yoxdu. Haqqında eşitdiklərim mətbuatda oxuduqlarımla məhdudlaşır. Nə üz-üzə gəlmişəm, nə də əvvəldən bir-birimizi tanımışıq. O cümlədən, «Qarabağ»ın məşqçisi Namiq Yusifovu. Bu şəxslər barədə qiyabi məlumatlıyam və onların “Binə” ilə yaxından-uzaqdan əlaqəsi yoxdu. Klubu yaratmıamışıq ki, adımız xoş olmayan söz-söhbətlərdə çəkilsin. Biz AFFA və Peşəkar Futbol Liqası ilə daim əlaqədəyik. Onlara nəsə bir sözüm olanda, deyirəm və cavab alıram. Hələ indiyədək bu təşkilatlardan klubumuzun ünvanına xırda bir irad eşitməmişəm. Qarşılıqlı münasibətlərimiz çox yaxşıdı. Mən bilmirəm Ramin Musayev hansı klubları nəzərdə tutub, bir daha təkrar edirəm ki, “Binə” bu siyahıda yer almır. Prezident kimi həm özümə, həm də komandama cavabdehəm. Bizdə oyun alqı-satqısı ilə məşğul olan 1 nəfər də yoxdu. Öz işinə istəklə, vicdanla və peşəkar yanaşan kollektivimiz var. “Binə” sırf gözəl insanlardan ibarətdi”.
 
Həsənlinin fikirlərinə hörmət edir və onun həqiqəti dediyinə inanmaq istəyirik. Xəbərimizin yanlış çıxmasına yalnız sevinəcəyik. Lakin Teymur bəy bu açıqlamasını yadda saxlasın, qovulma qərarı rəsmiləşəndə ona tribuna verəcəyik.
 
Bununla belə, Həsənli “daxili imkanlar” deyəndə nəyi nəzərdə tutduğunu açıqlasa, yaxşı olar. Görəsən, klubu hansı maliyyə hesabına yaşatdığını bəyan edə bilərmi? Cavab gözləyirik, açıqlaya bilməsə, ehtimallarımızı yazmalı olacağıq…
 
Tarix: 14 Fevral [12:30]
Oxunub: 160 dəfə
Müəllif: Aut.az

"Vorskla" 100 azarkeşlə gəlir

Aut.az

Milli komandada yeni baş məşqçi

Aut.az

AFFA müraciət etdi

Aut.az

Elmir Vəliyev “Kəpəz”dən getdi - RƏSMİ

Aut.az

İsgəndər Cavadovun komandasını "Bakı"nın bazasından qovdular

Aut.az

AFFA-nın təşkil etdiyi daha bir yarışdan qan qoxusu gəlir

Aut.az

“El-klasiko”ya görə tez başlayacaq - “Neftçi” - “Qarabağ” matçı

Aut.az

Əliyar Ağayev “Bayer”in oyununda!

Aut.az

Azərbaycan Premyer Liqasının 8-ci turunda neçə azarkeş qeydə alındı?

Aut.az

“Qarabağ” - “Vorskla”: İsraillilərə tapşırıldı

Aut.az