"Mən danışsam, onun üçün pis olacaq" - Nadir Nəbiyey

“Turan Tovuz”un icraçı direktoru Nadir Nəbiyev postundan uzaqlaşdırılmasıyla bağlı bu gün mətbuatda yeni məlumat yayılıb. 

Aut.az xəbər verir ki, bu gün onun istefası tam rəsmiləşəcək: «Artıq onun yerinə kimin təyin olunacağını da öyrənmişik.
 
Belə ki, Nəbiyevin Yasin Abbasovla əvəzlənməsi gözlənilir. Gün içində Nəbiyevin istefası rəsmiləşən kimi Abbasovun da təyinatı gerçəkləşəcək.
 
Danışılmış oyunlarda adı hallandırılan “Turan Tovuz”un Nadir Nəbiyevi işdən çıxarması onun qurban verilməsi kimi də dəyərləndirilə bilər».

Adıçəkilən şəxslərin münasibətini öyrənməyə çalışdıq.
 
Yasin Abbasov zəngimizə cavab vermədi, Nadir Nəbiyev isə bu tip informasiyaların mətbuatap məqsədli şəkildə ötürüldüyünü bildirdi:
 
«Mən həmin adamı yaxşı tanıyıram. Bu söhbət iki-üç nəfərin arasında olub və dəqiq bilirəm ki, onu mətbuata kim sızdırıb. Burdan həmin adama üzümü tutub deyirəm ki, məni danışdırma! Danışsam, sənin üçün çox pis olacaq.
 
Xeyr, o adam klubda işləmir. Kənar bir şəxsdi. Mətbuata belə xəbərlər ötürməkdə məqsədi nədi, nəyə nail olmaq istəyir, mən onu da yaxşı bilirəm. Hər şeydən xəbərim var. «Turan»dan istefa verməmişəm, burda da başqa fikirlə qalmamışam.
 
Gəlmişik ki, «Turan»ı yaşadaq, Tovuz futbolunu inkişafına kömək olaq. Oyun alqı-satqıları haqda deyilənlərdən isə zərrə qədər də narahat deyiləm. Bu, şərəf və namus məsələsidi.
 
Bu gün oyun satan sabah rayonunu da, millətini də, hər bir şeyini də satar. Onu edən namussuz və qeyrətsizdi! Mən «kofisent» atan futbolçular barədə ikinci söz deyə bilmərəm.
 
«Turan»da bütün işlər şəffafdı. Heç kimdən heç bir gizli iş tutmamışıq. Bilsəm ki, «Turan»ın hansısa futbolçusu danışılmış oyuna gedib, mən nəinki 1 gün, heç 1 dəqiqə də qalmaram burda. O gündən sonra bir də «Turan»ın oyununa baxmaram.
 
Vəzifədən ikiəlli tutub yapışmamışam. «Turan» rəhbərliyi çempion olduğumuz ötən mövsümdə də, elə bu çempionatın gedişində də bir neçə dəfə AFFA-ya müraciət edib, şübhələndiyi oyunlar barədə araşdırma aparılmasını istəyib. Biz kimlərinsə yanında gözükölgəli deyilik, alnımız açıq, əməlimiz düzdü».(sporinfo)
Tarix: 14 Fevral [12:00]
Oxunub: 73 dəfə
Müəllif: Aut.az

Millimizin oyunlarının vaxtı açıqlandı

Aut.az

PFL-dən Premyer Liqa və ölkə kubokuyla bağlı dəyişiklik

Aut.az

"Neftçi"nin 4 futbolçusu "Zirə"yə qarşı oynamayacaq

Aut.az

“Beşiktaş” millimizin qapıçısını icarəyə verdi

Aut.az

“Qarabağ”ın futbolçusu “Fənərbaxça”da

Aut.az

"Neftçi" "Xəzər Lənkəran"ı darmadağın etdi

Aut.az

Ağabala dubl etdi, "Qarabağ" qalib gəldi

Aut.az

AFFA-da klublara top paylandı

Aut.az

Baş katibin uğursuz adamları

Aut.az

"Neftçi" Suriyanın tarixi abidələri kimi viranə qoyulur"

Aut.az