“Topaz”dan erməni təbliğatı: “Ararat” Azərbaycanda - FOTOFAKT

“Topaz” mərc şirkəti sabaha olan mərc proqramını müştərilərə təqdim edib.
Proqramda ermənilərin də oyunu yer alıb.
Söhbət ermənilərin təsis və himayədarlıq etdiyi Rusiya II Liqasının Mərkəz zonasında çıxış edən “Ararat”la “Tümen” arasında keçiriləcək yoldaşlıq matçından gedir.
Sabah saat 20:00-da başlayacaq görüşdə “Ararat”ın qələbəsi 3,65 əmsalla dəyərləndirilib. Heç-heçəyə 3,10, tümenlilərin qələbəsinə isə 1,65 əmsal verilib.
Qeyd edək ki, “Topaz” Gənclər və Turizim nazir Azad Rəhimov tərəfindən dəstəklənən mərc şirkətidir. Belə durumda şirkət rəhbərliyinin hansı məntiqlə oyun proqramına düşmənlərin komandasını daxil etməsi, bundan qazanc güdməsi böyük sual doğurur.
Maraq üçün onu da bildirək ki, “Ararat” Ermənistanın siyasi maraqlarına xidmət edən klubdur. Təsadüfi deyil ki, daha əvvəl bu komandanın “Ryazan”la görüşündə Dağlıq Qarabağdakı separatçı rejimin “bayrağ”ı nümayiş etdirilib.
Buna görə hətta AFFA RFS-ə müraciət ünvanlayaraq faktla əlaqədar tədbir görülməsini istəmişdi.
Emin Səfərov  Yenicag.az

Tarix: 14 Fevral [11:40]
Oxunub: 153 dəfə
Müəllif: Aut.az

Hücumçumuz Rusiya kubokunun yarımfinal mərhələsində

Aut.az

Zədələndi, klubu müqaviləsinə xitam verdi

Aut.az

Günün oyunları - TV

Aut.az

NBA-də bu dəfə toplar yox yumruqlar danışdı – FOTOLAR

Aut.az

Günün oyunları - TV

Aut.az

Atletimiz Avropa çempionu oldu - FOTO

Aut.az

Bakıda idmançı polis qardaşını öldürüb – “Yatsam, yuxuma girməzdi…”

Aut.az

“Korrupsiya qalmaqalları idman nazirlərinin arasında olur” – Azad Rəhimovun iddiasına reaksiya

Aut.az

Günün oyunları - TV

Aut.az

"Qarabağ"la oyunda zədələnən futbolçu məşqlərə başladı

Aut.az