Tərlan Əhmədov mühasirədə

Premyer Liqanın XV turu yalnız bir komandanın qələbəsinə şahidlik etdi,
 
Üç oyunu heç-heçə bitən turda yalnız “Neftçi” – “Kəpəz” görüşündə qalib müəyyənləşdi.

Ölkənin iki ən köklü klubunun duelinin taleyini 1 qol həll etdi. Meydana sonradan daxil olan Mirabdulla Abbasov “Neftçi”yə qələbə qazandıran qola imza atdı.

Hansısa yellə hazırlıq dövründə 5 oyunda özünü toparlaya bilməyən komandanın təzyiqlərə məruz qalması bir qədər qəribə təzadlı düşüncələrə gətirib çıxarmışdı. Çünki son illərin avaz gediş-gəlişi və qalmaqallarından silkinib çıxmaq istədiyi ərəfədə, bu, «Neftçi»yə növbəti zərbə cəhdi təsirini bağışlayır.
 
Buna görə də fasilədən sonrakı ilk matçında 3 xal və əzmkar oyun Tərlan Əhmədova hava-su kimi lazım idi. 

Qələbəni gördük, lakin hələlik transferlərin nə keyfiyyətini, nə də oyun yüksəlişini müşahidə etmək olur. Bir sözlə, yenə də «Neftçi» əvvəlki dövrün təsirləri, üstəlik, ictimai təzyiqlə mübarizə apara-apara özünü toparlamaq məcburiyyətindədi.
 
Deməli, komandaya qəfil büdrəmək olmaz. Həm də oyun keyfiyyətini taktiki planla yanaşı, futbolçuların mənəvi-psixoloji hazırlığına da xüsusi diqqət edərək artırmaq lazımdı. 

Görünən odu ki, qış fasiləsindən komanda bu yorğunluqla (çox böyük gümanla təzyiqlər nəticəsində) qayıdıb.
 
Qarşıda məsul oyunlar var. Hər halda qışdan əvvəl olduğu kimi, «Neftçi»nin yenidən bir neçə uğurlu oyuna ehtiyacı var.

Mirabdulla ilk dəfə əvəzetmədən fərqlənsə də, “Neftçi” mövsümdə 2-ci dəfə əvəzetmə sayəsində qol vurur. X turun “Sumqayıt”la görüşündə Rəhman Hacıyev meydana daxil olandan sonra qələbə qoluna imza atmışdı - 2:1.
 
Tərlan Əhmədovun oyunu «oxumaq» bacarağı var deməkdi bu. Ümumiyyətlə, son vaxtlar «Neftçi» azarkeşlərinin bu baş məşqçiyə münasibətdə fikirləri haçalanmağa doğru getsə də, söyləməliyik ki, o, mövcud kontingentlə çalışa biləcək yeganə namizəddi. 

Səhvsiz insan yoxdu, onu da bir ana dünyaya gətirib. Əhmədov Antalyalda hansı səhvlərə yol verməsini hər birimizdən yaxşı bilir, eləcə də, PFL prezidenti Ramin Musayevin barəsində səsləndirdiyi tənqidi və incik fikirlərin ona ən yaxın tarixdə necə problem yaradacağını hesablamamış deyil.
 
Bununla belə, özünə inanır, istefa vermir və vəziyyəti yenidən öz xeyrinə dəyişəcəyini söyləyirsə, imkan vermək lazımdı ki, qaldığı yerdən işinə davam etsin.
 
İmkan deyəndə ki… İç və kənar qüvvələr.
 
Onlar indi pusquda dayanmayıblar, obyektə doğru bir neçə addım atıblar.
 
Bir və ya iki məğlubiyyət yetər ki, Əhmədovu düzün ortasında parçalasınlar. 

Bu da bir həqiqətdi ki, o, meydandaxili və meydandankənar amillər üzündən dayaq/dəstəkçilərini böyük ölçüdə itirib. Yanında özündən qeyrisi qalmayıb. Təkbaşına vuruşmaqdansa bir baş məşqçi üçün çətin bir şey yoxdu.(sportinfo)
 
Düşmən bir olar, iki olar, üç olar… Əhmədovda onların sayı dəhşətli dərəcədə çoxdu.
 
Səhvlərlə dolu Antalya səfəri ilə inanılmaz bir güc itirib. Hansı biriylə mübarizə aparacaq? Dörd bir tərəfdən mühasirədədi. 
Tarix: 13 Fevral [20:40]
Oxunub: 197 dəfə
Müəllif: Aut.az

Qəhrəman Əliyev: "Bura böyük axın var, hamı görür ki…"

Aut.az

Birinci divizionda daha 3 oyunun hakimləri bilindi

Aut.az

Azərbaycan Premyer Liqası: Təyinatlar açıqlandı

Aut.az

"Sabah"dan darmadağın, "Şüvəlan" xal itirdi

Aut.az

“Qarabağ”ın futbolçusu: “Qızımı dodağından öpdülər, virusa yoluxub öldü”

Aut.az

Yığmamız Rusiyaya uduzdu

Aut.az

Oyun bir daha göstərdi ki, çox işləməliyik - Azər Məmmədov

Aut.az

Yığmamız Gürcüstana məğlub oldu

Aut.az

FİFA prezidenti "Qarabağ"ı təbrik etdi - FOTO

Aut.az

Bacarığı şişirdilən, böyük vəzifələrə layiq bilinməyən Elxan Məmmədov

Aut.az