Elxan Məmmədov arzusuna çatdı

Yığmada uzun müddət almandilli məşqçilərin çalışması tərcüməçi Aydın Rüstəmovu da ölkənin əsas komandasının bir parçasına çevrilmişdi.
 
Əcnəbi məşqçilərin hökmranlığına son qoyulduqdan, milli komandaya azərbaycanlı məşqçinin rəhbərlik etməyə başlamasından sonra tərcüməçiyə ehtiyac qalmayacağı da bəlli idi. Bunu hər kəs başa düşürdü. Maraqlıdı ki, AFFA-nın baş katibi Elxan Məmmədov müsahibələrinin birində Qurban Qurbanovla görüşəcəyini, Aydın Rüstəmovun futbolu yaxşı bildiyi üçün ondan yararlanmağı təklif edəcəyini dilə gətirmişdi.
 
Artıq baş katib arzusuna çatıb. Belə ki, tərcüməçi Aydın yenidən milli komandayla çalışacaq. Ancaq bu dəfə fərqli vəzifədə. Onun üçün millidə yeni ştat da yaradılıb. Rüstəmov bundan sonra millinin inzibatçısı İslam Abbasovun köməkçisi kimi çalışacaq. Millinin əsasən səfər oyunlarında təşkilati işlərin həlli ilə o məşğul olacaq, əvvəlcədən xarici ölkələrə ezam olunacaq. İslam Abbasov isə Bakıda qalacaq, əsasən "Kəpəz”in Müşahidə Şurasında AFFA-nın nümayəndəsi kimi üzərinə düşən işləri yerinə yetirəcək.
 
Xatırladaq ki, Aydın Rüstəmov AFFA-nın keçirdiyi Məşqçilik Kurslarında iştirak etməklə yanaşı, menecerlik fəaliyyəti ilə də məşğul olması ilə tanınıb. Onun Foqtsla birlikdə Almaniyadan bəzi futbolçuların Azərbaycana gətirilməsində iştirak etdiyi bildirilir.
Tarix: 13 Fevral [19:40]
Oxunub: 163 dəfə
Müəllif: Aut.az

“Neftçi” “Qəbələ”yə, “Sabah” “Sumqayıt”a qarşı - BU GÜN

Aut.az

"Qarabağ" "Şerif"ə qarşı bu heyətlə oynayacaq

Aut.az

"Qarabağ" "Səbail"i məğlub etdi, "Zirə" "Keşlə" ilə "sülh" bağladı

Aut.az

"Rəşadın nə gücü tükənib, nə də oyunu zəifləyib" - Qurban Qurbanov

Aut.az

"Səbail" - "Qarabağ" START HEYƏTLƏR

Aut.az

“Şerif” - “Qarabağ” oyunu avstriyalılara tapşırıldı

Aut.az

Litva yığmasının üzvü “Keşlə”də - RƏSMİ

Aut.az

"Qarabağ" "Səbail"ə, "Zirə" "Keşlə"yə qarşı - BU GÜN

Aut.az

Orxan Sadıqlı “Sumqayıt”da - Rəsmi

Aut.az

“Qarabağ” Emeqarasız neçə oyun keçirəcək?

Aut.az