Qovulacaq klublar bəllidi, amma…

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Antalyada verdiyi son müsahibə təsadüfi deyildi. Qurum rəhbəri 2 komandanın çempionatdan uşaqlaşdırıla biləcəyini aşkar söyləmişdi.
 
Musayev I divizionla bağlı danışarkən bunları demişdi: “Bu mövsüm başa çatmamış, ola bilsin, 1-2 komandanı yola saldıq. Bəzi klubların izinə düşmüşük, rusların sözü olmasın, “vot-vot”du. Elə klublardı ki, inanmağınız gəlməz. Hansı ki, rəhbərləri danışanda geniş danışırlar”.
 
Təbii ki, söhbət danışılmış oyunlara görə ilişənlərdən gedir. Ötən mövsüm “Şərurspor”la “Rəvan” yarışdan qovulmuş, cari çempionat öncəsi isə bir neçə komanda yarışa buraxılmamışdı. Onların əksəriyyəti oyunların manipuliyasiyası səbəbindən qırmızı işığa düşmüşdü. Lakin görünür, qumar oynayanların, virus yayanların kökü tam kəsilməyib.
 
Əslində, bizim üçün bu, yeni xəbər deyil. “Futbolinfo” dəfələrlə xəbərdarlıq dolu yazılar yazıb və konkret hədəfləri də göstərib. Şübhələrimizi faktlarla, şübhəli videogörüntülərlə çatdırmışıq. UEFA-dan gələn siqnallar qeydlərimizlə üst-üstə düşdüyündən AFFA araşdırmaya başlayıb və müəyyən informasiyaların təsdiqinə nail olub.
 
Yaxınlarda “Turan Tovuz”un Müşahidə Şurasının sədri Oqtay Abdullayevin verdiyi açıqlama təsadüfi deyildi. O, klubun problemləri ilə bağlı danışmış, şübhəli oyunlardan da bəhs etmişdi. Bu, kluba edilən xəbərdarlıqla bağlı idi. Tovuzlulardan şübhələnməyimizin təsdiqi də elə həmin açıqlamada var idi. Abdullayev etiraf edir ki, bir neçə oyunçudan özləri də şübhələnib və AFFA-ya araşdırma üçün müraciət ediblər.
 
Ramin bəyin nişan verdiyi 2 klubdan birinin “Turan Tovuz” olduğu aydındı. Bəs, ikincisi? Bu komandayla da bağlı şübhələr var idi, son olaydan sonra isə bir az da qətiləşdi.
 
Namiq Yusifovun “Qarabağ”ın məşqçilər korpusundan qovulması xəbəri şok efekti verdi. Veteran futbolçu məhz qaranlıq işlərlə məşğul olduğu üçün Ağdam klubundan uzaqlaşdırılıb. O, “Binə” rəhbərliyi ilə yaxın idi, klubun fəaliyyətində ciddi rol oynayırdı. Divizion təmsilçisinin qara işlərinin üstü açıldıqdan sonra Namiqin də bu çirkaba bulaşdığı aydınlaşıb. Yusifov oyunların nəticələrinin bukmeker kontorlarına uyğunlaşdırılmasında iştirakçı, bu məsələlərdən xəbərdar imiş.
 
Qəbahətinin böyüklüyü səbəbindəndi ki, çoxillik dostu, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da Yusifovu bağışlamadı. Dürüstlüyü ilə seçilən, qara işlərdən uzaq olan millimizin çalışdırıcısı yolunu azmış Namiqlə bütün əlaqələri kəsdi.
 
Bəs, bütün bunlar bəllidisə, AFFA nəyi gözləyir? Qovulması dəqiqləşən klublarla bağlı qərar niyə rəsmiləşmir? Yoxsa olayı açıb-ağartmağın ölkə futbolunun imicinə daha bir zərbə vuracağından çəkinirlər? Bəlkə Musayev açıqlama verməyə tələsib, hələ hər şey tam sübut olunmayıb?
 
Bu suallara cavab almaq üçün AFFA-nın baş katibi Elxan Məmmədovla əlaqə saxladıq. Çünki o, “təmizləmə əməliyyatı”nda xüsusi fəallıq göstərir və virusun kökünün kəsilməsində maraqlıdı. Lakin Məmmədov bu məsələylə bağlı danışmağı lazım bilmədi. O, yeni bir informasiyanın olmadığını, daim araşdırma apardıqlarını deməklə kifayətləndi.
 
Deməli, Musayev tələsib. Bəli, ciddi faktlar aşkarlanıb, lakin onların sübut olunması, qovulma üçün daha ciddi materiallar lazımdı.(futbolinfo)
Tarix: 13 Fevral [13:00]
Oxunub: 119 dəfə
Müəllif: Aut.az

Araz Abdullayev “Anortosis”dən niyə ayrılıb?

Aut.az

Ufuk Budak "Qarabağ"da?

Aut.az

"Qarabağ"ın bütün potensial rəqibləri müəyyənləşdi

Aut.az

Azərbaycan kubokunun sahibi müəyyənləşir - BU GÜN

Aut.az

Azərbaycan klublarının transfer bazarlığı - YENİLƏNİR

Aut.az

Millinin açıq məşqi - FOTOLAR

Aut.az

Millimiz Makedoniyaya uduzdu

Aut.az

Əfran İsmayılov Super Liqada: hansı kluba keçir?

Aut.az

Yığmamızdan heç-heçə

Aut.az

Qurban Qurbanov: "Cavid Hüseynovun hərəkətlərini xoşlamıram"

Aut.az