Bakı klubunun stadionu dövlət mülkiyyətinə verildi

«Keşlə» cari mövsümü «Dalğa Arena»da keçirməli idi.
 
Azərbaycan Beynəlxalq Bankının (ABB) maliyyələşdirməkdən imtina etdiyi klubu AFFA qəyyumluğa gtürəndən sonra belə bir vəziyyət yaranmışdı.
 
ABB-nın problemli kredit portfelinə nəzarəti əlinə götürən “Aqrarkredit” «İnter Arena»nı adını dəyişən Premyer Liqa təmsilçisinə vermədi. 39 milyon manatlıq məlum borc qalmaqalına görə.
 
Federasiya şəhərin mərkəzində yerləşən qurğunu itirmək üzrə olan «Keşlə»ni Mərdəkana – özünün mili komandalar üçün tikdiyi arenaya yerləşdirməyə hazır idi ki, Rövnəq Abdullayevin “Aqrarkredit”lə apardığı son danışıqlar durumu yenidən dəyişdirdi: klub «İnter Arena»ya qaytarıldı. 

Ama müəyyən şərtlər və məhdudiyyətlərlə. «Keşlə» hazırda bir növ icarədardı. Kompleksin nəzdindəki otel və sağlamlıq mərkəzindən gəlirdən onlara nəsə çatmır. «Azfar»ın uzunmüddətli icarəyə götürdüyü üstübağlı manejlərin pulu da “Aqrarkredit”ə çatır. «Keşlə» istifadə etdiyi işıq, qaz və suyunu pulunu öyrıca ödəyir.

Bir sözlə, bu infrastruktur «Keşlə»nin deyil, “Aqrarkredit”təşkilatının balansındadı. Ordan da “Azərbaycan Sənaye Korporasiyası”na verilib. Müvəqqəti olaraq. Sözügedən Açıq Səhmdar Cəmiyyət ötən il noyabrın 6-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanıyla yaradılıb. 

Fərmanın imzalanmasında məqsəd  “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanın tətbiqi ilə əlaqədar dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaqdı.

Uğurlu inkişafın təmin edilməsi üçün növbəti dövrlərdə də, müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla, iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balansına götürülən əmlakın daha səmərəli idarə olunması zəruridir.

Bu məqsədlə yaradılan “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin strukturu təsdiq edilib. Belə ki ASC-nin 5 üzvdən ibarət Müşahidə Şurası yaradılıb. Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri Natiq Əmirov “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilib.
 
Açıq Səhimdar Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi Baş direktor həyata keçirəcək. Baş direktorun istehsal və xidmət sahələri, strateji planlaşdırma və inkişaf məsələləri, maliyyə məsələləri və digər korporativ xidmətlər üzrə müavinləri var.

Prezident İlham Əliyevin imzaladığı Fərmanda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin  nizamnamə kapitalı ilə bağlı müddəa da var. Belə ki, Fərmana əsasən “Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə edilən, onun mülkiyyətində olan əmlak “ASK” ASC-nin mülkiyyətinə verilib.

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 1 ay müddətində “Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən aldığı problemli aktivlərin əvəzində əldə edilən, onun mülkiyyətində olan və “ASK” ASC-nin balansına veriləcək dövlət əmlakının siyahısı və həmin əmlakın ötürülməsi və idarəetməyə verilməsi mexanizmlərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edib. Kamran Nəbizadə səhmləri dövlətə məxsus ASC-nin baş direktoru təyin edilib.
Tarix: 12 Fevral [20:00]
Oxunub: 82 dəfə
Müəllif: Aut.az

"Qarabağ Vyana" yeni stadiona qovuşdu (FOTO)

aut.az

Banişevskinin xatirə turnirinin qalibi müəyyənləşdi

Aut.az

Birinci divizion - liderdən ilk məğlubiyyət

Aut.az

"Ramil "Qarabağ"dan getsin" - Quliyev

Aut.az

AFFA-dakı alman: Tualetə də şamla getmişəm - Müsahibə

Aut.az

Çingiz Abdullayev Banişevskinin ruhundan utanır - FOTOLAR

Aut.az

Deyirlər ki, “Neftçi”nin yeni prezidenti bu işi yaxşı bacarır

Aut.az

“Keşlə”də nifaq toxumu səpilir

Aut.az

Vəli Hüseynov: “Cəbrayılın havasını Tovuzdan alıram”

Aut.az

Elxan Məmmədovun Elxan Əsədov şərti

Aut.az