"Neftçi" yeni futbolçusunun transfer vərəqini ala bilmir

«Neftçi»nin qış fasiləsində rənglərinə bağladığı 3 legionerdən ikisi – Fransisko Qarsiya ilə Lukas Qomes dünən meydana çıxdı.
 
Mayk Kampasın adı isə «Kəpəz»lə matçın iştirak ərizəsinə salınmadı. 

Ümumiyyətlə, kolumbiyalı yarımmüdafiəçinin Prenmyer Liqanın növbəti turunda forma geyinməsi hələ də sual altındadı.
 
30 yaşlı əcnəbinin «Sumqayıt»la görüşdə debüt etməsi üçün transferinə icazə verən sənədin mərkəzləşdirilmiş beynəlxalq sistemə (TMS) oturdulması lazımdı. Bakılılar bu problemi çözməyə çətinlik çəkir.
 
Şəxsi müqaviəlyə qol çəkən Kampasın işi menecerlər arasında yaranan qalmaqal üzündən yubanır. Belə ki, onu hələ ötən ilin dekabrında «Neftçi»yə təklif edən agent öz haqqını istəyir.
 
Çünki klubun legioner bazarını monopoliyaya götürən Kamil Məmmədov ona fırıldaq gəlib. Özü də bir yox, iki dəfə.
 
Azərbaycanda bütün klub rəhbərləri və məşqçilərinin saman altından su yeridən dəllal kimi tanıdığı Məmmədov «Neftçi»nin Kampasdan imtina xəbərini qarşı tərəfə çatdırıb və beləliklə, həmkarını «oyundan çıxarıb».
 
Ara sakitləşəndən, yəni, bir müddət keçəndən sonra isə kolumbiyalını öz kanalıyla düşərgəyə gətizdirib. Bunu bilən həmin menecer Antalyanı bir-birinə vurub, hətta Kamil Məmmədovu ayağının altına alaraq döymək istəyib.
 
Qorxusundan «Neftçi»nin məskunlaşdığı otelin bir küncündə gizlənən fırıldaqçı araya tanış adamlar salaraq, qarşı tərəfi sakitləşdirib. Bu məsələnin kökündən xəbəri olmadığını və Kampasın transferinə girişməyəcəyini söyləyib.
 
Əvəzində adını açıqlamaq istəmədiyimiz agentə 5000 manat verməyə hazır olduğunu bildirib. Təbi, o, bununla razılaşmayıb. Odu ki, UCR-dan - Kosta-Rika klubundan onun transfer vərəqini almaq müşkülə çevrilib.(sportinfo)
Tarix: 12 Fevral [19:20]
Oxunub: 137 dəfə
Müəllif: Aut.az

Millimizin oyunlarının vaxtı açıqlandı

Aut.az

PFL-dən Premyer Liqa və ölkə kubokuyla bağlı dəyişiklik

Aut.az

"Neftçi"nin 4 futbolçusu "Zirə"yə qarşı oynamayacaq

Aut.az

“Beşiktaş” millimizin qapıçısını icarəyə verdi

Aut.az

“Qarabağ”ın futbolçusu “Fənərbaxça”da

Aut.az

"Neftçi" "Xəzər Lənkəran"ı darmadağın etdi

Aut.az

Ağabala dubl etdi, "Qarabağ" qalib gəldi

Aut.az

AFFA-da klublara top paylandı

Aut.az

Baş katibin uğursuz adamları

Aut.az

"Neftçi" Suriyanın tarixi abidələri kimi viranə qoyulur"

Aut.az