Yeni qazon sıradan çıxdı: “Kəpəz” Gəncədə oynamaq istəmir

"Kəpəz” Premyer Liqanın təqvimini yenə qarışdırmaq istəyir. Gəncəlilər 1-ci dövrədə olduğu kimi, təxirəsalmalarla vəziyyətdən çıxmağa çalışır.
 
Bu gün Qərb klubu Peşəkar Futbol Liqasına rəsmən müraciət edəcək. Gəncəlilərin məqsədi 16-cı turun "Keşlə” ilə ev oyununu təxirə saldırmaqdı. Ən pis halda "Kəpəz” qarşıdakı turda – fevralın 18-də səfərdə oynamaq, əvəzində 4-cü dövrədə meydan sahibi olmağı arzulayır. PFL-in hansı cavabı verəcəyi bəlli deyil, qurum rəsmi müraciətdən sonra bu məsələyə baxacaq.
 
Xatırlayırsızsa, "Kəpəz” ilk dövrədə "Zirə”ni Yevlaxda qəbul etmiş, qalan bütün rəqibləri ilə isə razılaşaraq səfərdə oynamışdı. Əvəzində 2-ci dövrədə Gəncədəki oyunlar reallaşmışdı. Buna səbəb şəhər stadionunun qazonunun dəyişdirilməsi idi.
 
İndiki təxirəsalma və ya yerdəyişmə istəyinin səbəbi də oxşardı. Hazırda Gəncə stadionunun qazonu arzuolunmaz vəziyyətdədi. Saralmış qazon hətta məşq etmək üçün də yararsızdı. Oyunun canlı yayınlaması qazonun durumunu geniş auditoriyanın görməsinə səbəb olacaq. Bu səbəbdən "Kəpəz” rəhbərliyi ot örtüyü yaşıllaşana kimi ev oyunlarından qaçmağa çalışır.
 
Yararsız qazonlu stadionlarda indiyədək də çox oyun keçirilib. Lakin bu dəfə vəziyyət başqadı. Arenanın təmirindən yarım il ötməyib, amma indidən qazon yarıtmaz vəziyyətdədi. Həmin meydanda futbol oynansa və bunu tamaşaçı kütləsi görsə, istər-istəməz suallar sıralanacaq. Axı, AFFA-nın büdcəsindən bura 650 min manat xərclənib. İsitmə sistemi quraşdırılmayıb və qazon bu hala düşübsə, o zaman həmin 650 minin hara xərcləndiyinin detallı açıqlaması verilməlidi. Hətta hansısa yeyinti yoxdusa, bu səviyyəli təmir, qışın yüngülvari soyuğuna dözməyən qazon kimə lazımdı? Gözdən pərdə asmaq üçün edilən təmirlə AFFA kimi aldadır?(futbolinfo)
 
Bütün bu söhbətlərin qarşısını almaq üçün funksionerlər oyunun təxirə salınmasını istəyir. PFL-in verəcəyi cavab çox maraqlıdı. İzləyirik...
 
P.S.: Gəncəylə bağlı hansısa problem ortaya çıxan kimi Mikayıl Nərimanoğlu yada düşür. AFFA-nın sabiq mətbuat katibi, "Kəpəz”in Müşahidə Şurasına sədr müavini kimi göndərilən bu şəxs külli miqdarda yeyinti ittihamı ilə sıradan çıxdı. Deyəsən, yenə onun ruhuna salavat zikr etməli olacağıq.
 
P.P.S.: AFFA əli çatan bütün arenaların qazonunu baş katib Elxan Məmmədovun şərik olduğu məlum şirkətə tapşırır. Görəsən, vaxtilə "Bakcell Arena”nı yamyaşıl rəngləyən qardaşların "kraska”sı qurtarıb, yoxsa bu üsul dəbdən düşüb?
Tarix: 12 Fevral [15:20]
Oxunub: 92 dəfə
Müəllif: Aut.az

Azərbaycan klublarının transfer bazarlığı - YENİLƏNİR

Aut.az

Millinin açıq məşqi - FOTOLAR

Aut.az

Millimiz Makedoniyaya uduzdu

Aut.az

Əfran İsmayılov Super Liqada: hansı kluba keçir?

Aut.az

Yığmamızdan heç-heçə

Aut.az

Qurban Qurbanov: "Cavid Hüseynovun hərəkətlərini xoşlamıram"

Aut.az

"Neftçi" futbolçularına mükafat verdi - 686 manat 72 qəpik

Aut.az

Millimizin Makedoniyaya qarşı ikinci sınağı - BU GÜN

Aut.az

Azərbaycan mövsümü 23-cü pillədə başa vurdu

Aut.az

Azərbaycan Kuboku: Finalın hakimləri bəlli oldu

Aut.az