“Neftçi”yə niyə yaxın duran yoxdu? – Acı reallıq

"Kəpəz”lə dünənki oyun "Neftçi”nin problemlərinin bitmədiyini göstərdi. Söhbət təkcə oyun planında olan problemlərdən getmir. "Neftçi” keçirdiyi ağır böhranı arxada qoymayıb, düşdüyü çətin durumdan çıxmayıb.
 
Futboldan birbalaca baş çıxarmaq kifayətdi ki, "Neftçi”nin ölkə kubokunun ¼ finalında "Zirə” ilə oyundan bəri nə qədər dəyişdiyini hiss edəsən. Üzərindən heç iki ay keçməyib. Heyətdə də böyük dəyişikliklər yoxdu. Amma həmin əzmkarlıqdan, döyüşkən və özünə inanan komandadan əsər-əlamət qalmayıb. Komanda irəli getmək əvəzinə geriləyib, güclənmək yerinə zəifləyib. Halbuki, mətbuat da, azarkeşlər də, hətta "Neftçi”nin rəqibləri belə qış fasiləsinə böyük ümidlərlə baxırdılar, "xalq komandası”nın gücünə güc qatacağını düşünürdülər. Bununla da "Neftçi” mükafatlara, daha dəqiq desək, avrokuboklara qatılmaq iddiasını ortaya qoyacacaqdı.
 
"Neftçi”nin avrokuboklarda oynaması ağ-qara rənglərə könül verən azarkeşlər üçün çox vacibdi. Elə rəhbərliyin tənqidləri azaltması, Tərlan Əhmədovun ona inanları yanıltmaması üçün "Neftçi” bu yay avrokuboklara qatılmalıdı. Bununla sponsorları da ölkənin ən qocaman klubuna cəlb etmək, 81 yaşlı "Neftçi"nin adı ərtafında sağlam mühit yaratmaq olar. Amma proses dayanıb və ya dayandırılıb.
 
Girişdə vurğuladığım kimi, söhbət təkcə "Neftçi”nin zəif oyunundan, autsayder "Kəpəz”i çətinliklə məğlub etməsindən getmir. Səhvim varsa, siz düzəldin. "Neftçi” bu gün Topaz Premyer Liqasının səkkiz iştirakçısı arasında titul sponsoru olmayan iki komandadan biridi. Digəri isə debütant "Səbail”di ki, onlarla bağlı məsələ hər kəsə məlumdu. "Neftçi”nin meydanda "adsız” formada çıxması ciddi məsələdi. Sponsorlar "Neftçi”yə inanmır, heç kim öz adını bu klubla bərabər çəkdirmək, ölkə futbolunun flaqmanı sayılan klubun formasında reklam olunmaq istəmir.
 
2015-ci ilin oktyabrında "Neftçi” hörmətli qonaqları Bakı Biznes Mərkəzinə yığmışdı. Əsas komandanın yeni titul sponsoru ictimaiyyətə təmtaraqlı mərasimlə təqdim olundu. Sonrası necə oldu? Heç nə. Yeni mövsumə "Neftçi” adsız formalarla çıxdı. Məsələni araşdırdıq, dedilər ki, "ASAN Xidmət”lə müqavilə başa çatıb, hazırda müxtəlif şirkətlərlə danışıqlar davam etdirilir, tezliklə yeni titul sponsorunun adı məlum olacaq.
 
Tezliklə... İlk dövrə arxada qaldı, bir xəbər çıxmadı. Klubun mətbuat xidmətiylə əlaqə saxladıq, prosesin hələ bitmədiyini bildirdilər. II dövrə də bitdi, qış fasiləsi də. Dünənki oyunda da titul sponsorunun adı gözə dəymədi. Fövqaladə nəsə baş verməsə, "Neftçi” mövsümün qalan hissəsini belə yola verəcək. "Xalq komandası”na yaxın duran yoxdu. Acınacaqlı haldı. 81 illik tarixi bu günə salanlar heç utanırlarmı?
 

Amal ABUŞOV  sport7.az

Tarix: 12 Fevral [14:20]
Oxunub: 102 dəfə
Müəllif: Aut.az

"Qarabağ Vyana" yeni stadiona qovuşdu (FOTO)

aut.az

Banişevskinin xatirə turnirinin qalibi müəyyənləşdi

Aut.az

Birinci divizion - liderdən ilk məğlubiyyət

Aut.az

"Ramil "Qarabağ"dan getsin" - Quliyev

Aut.az

AFFA-dakı alman: Tualetə də şamla getmişəm - Müsahibə

Aut.az

Çingiz Abdullayev Banişevskinin ruhundan utanır - FOTOLAR

Aut.az

Deyirlər ki, “Neftçi”nin yeni prezidenti bu işi yaxşı bacarır

Aut.az

“Keşlə”də nifaq toxumu səpilir

Aut.az

Vəli Hüseynov: “Cəbrayılın havasını Tovuzdan alıram”

Aut.az

Elxan Məmmədovun Elxan Əsədov şərti

Aut.az