"Neftçi" Mirabdullanın haqqını, legionerlər də "Neftçi"nin pulunu yeyir

Premyer Liqada üçüncü dövrənin açılış həftəsi dünən axşam bağlandı.
 
«Neftçi» - «Kəpəz», başqa sözlə, ölkənin ən yaşlı derbisinin iştirakçılarının iştirakı ilə. 

Futbola derbini gətirənlərin ruhu və xatirəsi qarşısında baş əyirəm. Üzrlü hesab etsinlər məni. Tribunasına 500-600 nəfərdən artıq azarkaeşi toplaya bilməyən oyunun adı, elə ən yaxşı mənada oyundu.
 
Derbi-zad daha buralarda olmur, getdi o günlər! «Xəzər Lənkəran»la bərabər getdi! Yenə bir «cənub armadası» varıydı, yaxşı günündə də, pis günündə də o ab-havanı yaradır və yaşadırdı.

«Xəzər Lənkəran»sız qalan «Neftçi»nin bu gün oyunu da yoxdu. Dünənki oyun Antalya sərgüzəştinin davamıdı. Qonşu ölkədə keçirdiyi 5 yoxlama görüşünün tamamını məğlub etirən komandanın «Kəpəz»ə qarşı sərgilədiyi futbolla (əgər bunra futbol demək olarsa) mövsümü major notlarla bitirməyəcəyi dəqiqdi. «Heç nəyə nail ola bilməzlər» fikrini buraxmayaq zamanın öhdəsinə.

Tərlan Əhmədov 2-3 zırrama və əllamənin əlində qalıb, gələn legionerlərin səviyyəsini gördüz də. Mal yiyəsinə oxşayar. Alınan «mallar»ın keyfiyyətini Şəhriyar Rəhimov təkbaşına ölçdü. «Kəpəz»in kapitanı qaraçı kökündə olan Lukas Qomesə göz açdırmadı.
 
Özü argentinalı, ampluası hücumçu olan Qomesə bir ətək pul veriblər, oyundan başqa hər şey göstərdi. Göstərdi ki, Əhmədova soxuşdurulub. Baş məşqçi özünə bir zəhmət, Qomesi ona soxuşduran Kamil Məmmədova iki xəcalət təri axıtdırıb, Mirabdulla Abbasova minnətdar olmalıdı.

79-cu dəqiqədə meydana daxil olub, topa ikinci toxunuşunda rəqib torunu silkələyən Mirabdulla «Neftçi»ni növbəti fəlakətin ağzından aldı. Antalyadakı yoxlama görüşlərinin məğlubiyyətlə nəticələnməsindən deyil, futboldankənar amillərə görə kreslosu laxlayan Tərlan Əhmədova o, ikinci nəfəs/həyat verdi. Bir həftəlik də olsa. 

Fransisko Qarsiya o qədər də pis deyil. İki addım o yana, iki addım bu yana – yerinin içində qəşəng fırlanmağı var.
 
Hə bir də, önündə boş zona görüncə, irəliləməyə ərinib, qapıya birbaşa zərbə vurmağı. Belə epizodların birində Sergey Litovçenko «Kəpəz»i qoldan xilas elədi. Xilasdan söz düşmüşkən, ukraynalı qapıçı ilk hissədə də Rəhman Hacıyevin elə də yaxın olmayan məsafədən yerinə yetirdiyi cərimə zərbəsini effektiv toxunuşla zərərsizləşdirdi.
 
«Neftçi» 90 ərzində başqa heç nə etmədi. Adətən, uzun fasilədən, ağır fiziki hazırlıq prosesindən sonra istənilən komanda özünü tapmaqda çətinliklə üzləşir. Üçüncü dövrənin ilk turunun 4 oyunundan üçünün heç-heçə bitməsi bunun göstəricisidi.
 
Güman azdı, ancaq yenə ümid edək ki, «Neftçi» gələn turlarda bu cür sınıq-salxaq təsir bağışlamayacaq, azarkeşlərində yaranmış bədbinliyi aradan qaldıracaq. Çünki dünənki qələbə birmənalı olmadı.
 
Bu, yalnız bir mənasıyla seyidin haqqı idi. Topla rəftarı uzunqulağın telefon rabitəsindən başı çıxması qədər olan «dişsiz» Qomesin start heyətində meydan alıb, Mirabdullanın 79 dəqiqə gözləməsi ədalətsizlik deyildimi?
Argentinalı yeni gəlib deyə, formanı başdan qapmalıdı?
 
Göründü də, nəyə «yarayır». Üzünü mürdəşir yumuş K.Məmmədov bu transferdən pul «silib», üstündən də bir stəkan su içir. Abbasov bundan öncəkində – «Sabah»la yoxlama qarşılaşmasının fasiləsində Qomesi əvəzləmiş, komandasına qələbə gətirən penalti qazanmışdı.(sportinfo)
 
O yetərli olmadı, deyəsən. Görəsən, dünənki qol seyid balasını haqq etdiyi start heyətinə qaytaracaqmı?

 

Tarix: 12 Fevral [13:00]
Oxunub: 134 dəfə
Müəllif: Aut.az

Ruslan Əmircanov "Keşlə"də

Aut.az

Premyer Liqamızda 2-ci turun - hakim təyinatları

Aut.az

Avroliqanın püşkatma mərasimində ilk dəfə azərbaycanlı səfir iştirak edəcək

Aut.az

“Qarabağ” - “Şerif” matçlarının başlama saatı açıqlandı

Aut.az

Ramil Şeydayev "Krılya Sovetov"da - Rəsmi

Aut.az

Birinci divizionda yeni mövsümün TƏQVİMİ

Aut.az

FIFA "DÇ-2018"dən sonra ilk dəfə reytinqi açıqladı: Azərbaycan neçənci oldu?

Aut.az

"Qarabağ"ın legioneri karyerasını bitirib rejissor olacaq

Aut.az

Yığmamızın üzvləri Belarusda "Qarabağ"ı dəstəkləyəcək

Aut.az

Milimiz Belarusa qalib gəldi

Aut.az