Qazaxıstan irəlilədi, bəs millimiz? - SON SİYAHI

Sloveniyada düzənlənən son Avropa çempionatının ardından futzal üzrə milli komandaların reytinq siyahısı yenilənib. 162 seçmənin yer aldığı cədvəldə dəyişikliklər olsa da, Azərbaycan yığması mövqeyində qalıb.
 
AVRO-2018-in qrup mərhələsində Fransa (5:3) və İspaniya (0:1), 1/4 finalda Portuqaliya (1:8) ilə qarşılaşan millimiz dünyanın 10-cu komandasıdı. Düzdü, Sloveniyadakı 3 görüş əmsalımıza təsir edib.
 
Lyublyanada 1 zəfər 2 yenilgi görən Joze Alesionun yetirmələri 14 xal itirib. Artıq yığmamızın 1454 deyil, 1440 xalı var. 
 
Yığmamızın da yer aldığı ilk "onluq”da 2 komanda irəliləyişə nail olub. Keçirdiyi bütün oyunlarda qələbə qazanan və tarixində ilk dəfə Avropa çempionu olan Portuqaliya 3 pillə irəliləyərək 4-cü yerə yüksəlib.
 
AVRO-2018-də 4-cü olan Qazaxıstan isə 8-ci pilləni 1/4 finalda dayanan Ukraynadan alıb. Millimiz indi 9-cu pillədən 42 xal geri qalır.
.
 
 
1. Braziliya - 1935
2. İspaniya – 1807
3. Rusiya - 1700
4. Portuqaliya - 1692
5. Argentina - 1691
6. İran - 1654
7. İtaliya - 1552
8. Qazaxıstan - 1532
9. Ukrayna - 1482
10. Azərbaycan – 1440
Tarix: 12 Fevral [12:30]
Oxunub: 128 dəfə
Müəllif: Aut.az

"Qarabağ"la oyunda zədələnən futbolçu məşqlərə başladı

Aut.az

Günün oyunları - TV

Aut.az

Əməliyyat olundu

Aut.az

İdman tarixində ən bahalı müqavilə imzalandı

Aut.az

Rəcəbli 8-ci dəfə dünya çempionu oldu

Aut.az

Bu gün Azərbaycanın Müstəqillik Günüdür

Aut.az

Millimizin iki üzvü Finlandiya klubunda

Aut.az

Azərbaycanın 2 boksçusu Avropa çempionu oldu

Aut.az

Ramil Quliyev finalda

Aut.az

Adil Əliyev Avropada mükafatlandırıldı

Aut.az