Böyükağa Hacıyev daha iki gün xəstəxanada qalacaq

AFFA Məşqçilər Komitəsinin üzvü, "Bakı" və "Neftçi" klublarının sabiq baş məşqçisi Böyükağa Hacıyev daha iki gün Mərkəzi Klinik Xəstəxanasında qalacaq. Bu barədə "Report"a komitənin sədri Vaqif Sadıqov məlumat verib. 
 
Onun sözlərinə görə, "Neftçi" və "Bakı" komandalarının sabiq baş məşqçinin endokrinoloji problemləri də olduğu üçün həkim nəzarəti altında saxlanılması məqsədəuyğun sayılıb.   
 
***
09.51
 
AFFA Məşqçilər Komitəsinin üzvü, "Bakı" və "Neftçi" klublarının sabiq baş məşqçisi Böyükağa Hacıyev müalicə aldığı Mərkəzi Klinik Xəstəxanadan bu gün evinə buraxılacaq. 
 
Bu barədə "Report"a xəstəxananın Kardiologiya şöbəsinin müdiri Firdovsi İbrahimov məlumat verib. 
 
Onun sözlərinə görə, artıq B.Hacıyevin vəziyyətində sabitlik yaranıb: "Böyükağa müəllim xəstəxanamıza çox ağır diaqnozla daxil olmuşdu. Buna baxmayaraq, onun ürəyinə iki stend qoyaraq, vəziyyətində sabitlik yarada bildik. Artıq hərəkətliliyi var, çətinliklə də olsa, danışa bilir. Sadəcə, əvvəlcədən başqa xəstəliyi də olduğu üçün onun müalicəsini də davam etdirməlidir. Bu məqsədlə biz pasiyentimizi evinə yazacağıq və o, həmin xəstəliyini öz həkimlərinin yanında davam etdirəcək". 
 
Qeyd edək ki, Böyükağa Hacıyev Mərkəzi Klinik Xəstəxanaya fevralın 7-də kardiogen şok vəziyyətində yayılmış infarkt diaqnozu ilə daxil olub. Onun ürəyinə iki stend qoyulub. B.Hacıyevin beynində şiş olduğu üçün həkim nəzarəti altında olması zəruridir.
 
Tarix: 12 Fevral [11:50]
Oxunub: 89 dəfə
Müəllif: Aut.az

Ruslan Əmircanov "Keşlə"də

Aut.az

Premyer Liqamızda 2-ci turun - hakim təyinatları

Aut.az

Avroliqanın püşkatma mərasimində ilk dəfə azərbaycanlı səfir iştirak edəcək

Aut.az

“Qarabağ” - “Şerif” matçlarının başlama saatı açıqlandı

Aut.az

Ramil Şeydayev "Krılya Sovetov"da - Rəsmi

Aut.az

Birinci divizionda yeni mövsümün TƏQVİMİ

Aut.az

FIFA "DÇ-2018"dən sonra ilk dəfə reytinqi açıqladı: Azərbaycan neçənci oldu?

Aut.az

"Qarabağ"ın legioneri karyerasını bitirib rejissor olacaq

Aut.az

Yığmamızın üzvləri Belarusda "Qarabağ"ı dəstəkləyəcək

Aut.az

Milimiz Belarusa qalib gəldi

Aut.az