Alman “Qarabağ”ın oyununa gəldi, AFFA rəhbərliyi gəlmədi...

Almaniyanın radiolarının birində çalışan bir jurnalist var. Azərbaycanda səfərdədi. İdman jurnalisti olmasa da, 3 gün əvvəl onu “Qarabağ”ın oyununa aparmağımı xahiş etdi. Marağımı gördükdə dedi  ki, Çempionlar Liqasında “Atletiko” ilə matçlardan sonra bu komanda diqqətimi çəkib və istəyirəm, burdaykən gedib oyununa canlı baxam. Dünən “Qəbələ” ilə matçı birgə seyr etdik. “Azərsun Arena”nı bəyəndiyini dedi, amma turun mərkəzi oyununa bu qədər az adamın gəlməsinə təəccüblənib soruşdu ki, nə məsələdi?

***

AFFA-nın nümayəndəsinin rəsmi protokoldakı qeydlərinə inansaq, “Qarabağ”la “Qəbələ” arasındakı dünənki çempionat oyununu cəmi 1500 azarkeş izləyib. Matça “Azərsun Arena”da canlı baxanlar isə təsdiq edə bilərlər ki, istənilən ölkədə derbi üçün gülünc sayılacaq bu azarkeş sayı belə şişirdilib. Amma rəqəmin 1000, yaxud 1500 olması heç nəyi dəyişmir. Bu, bir daha göstərir ki, elə həmin “Qarabağ”ın Çempionlar Liqasındakı görüşlərinə stadionda baxan onminlərlə azərbaycanlıya daxili çempionatda “Qəbələ”, yaxud “Neftçi” ilə oyunlar qətiyyən maraqlı deyil.

Hərçənd bu yerdə bizdəki məşhur el sözü yada düşür: balıq başdan iylənər. Bakıda Azərbaycan insanı ölkə çempionatının oyununu arzu olunanın heç 10 faizi səviyyəsində də izləmir ki, bu da normaldı. Çünki Premyer Liqa adlanan bu yarış, kobud səslənsə də, it günündədi və 5-10 nəfəri çıxmaqla kimsəni maraqlandırmır. Amma dərd orasındadı ki, çempionatdakı bu eybəcərlik hətta birbaşa vəzifə borcu futbolu düzəltmək olan AFFA rəhbərliyinin də vecinə deyil. Rövnəq Abdullayev oyunlara gəlmir. Həmişə də əlində bəhanəsi var: SOCAR-da işləri çoxdu. Elşad Nəsirov da oyunlara gəlmir. Onun da bəhanəsi eynidi. Rauf Əliyev Premyer Liqa nədi, onu yaddan çıxarıb. Çünki o, Milli Məclisdə insanların problemlərinin həlli ilə məşğuldu (bu yerdə oxucunun dodağı qaçır). Onlar, sıralamayla qeyd etsək, AFFA-nın prezidenti və vitse-prezidentləridi. Bu adamlardan sonra AFFA-da hüquqi statusuna görə dördüncü şəxs, amma faktiki olaraq federasiyanı idarə edənsə Elxan Məmmədovdu. Elxan müəllimin işi isə birbaşa futbola bağlıdı. Amma o da oyunlara gəlmir. Və nə vaxta qədər ki, çempionatı keçirən adam Ramin Musayevdi, yaxud çempionat E.Məmmədovun nəzarətində deyil, o, ən yaxşı halda komandaların mükafatlandırıldığı oyunlarda görünəcək (yeri gəlmişkən, hər nə qədər gülməli görünsə də, bir ara hətta çempionatın təşkilatçısı Ramin Musayev özü də oyunlara stadionlarda yox, isti kabinetində baxırdı). Çünki üzdə olmasa da, arxada bir-birini didməklə məşğuldular. O bunu xoşlamır, bu da onu. Ona görə də AFFA-nın binası olub futbolumuzun evi yox, intriqa yuvası. Bunun da çempionata, milli komandaya, bölgə futboluna vurduğu ağır zərbəsinin nəticələrini hamımız görürük.

İndi gəl, futbol rəhbərlərinin laqeydsizliyindən, bütün bu həngamədən sonra alman jurnalistə cavab ver ki, niyə derbi oyununda tribunalar bom-boş qalıb?

Aydın Bağırov / Qol.az
 

 

 

 

Tarix: 11 Fevral [15:00]
Oxunub: 227 dəfə
Müəllif: Aut.az

“Neftçi” “Qəbələ”yə, “Sabah” “Sumqayıt”a qarşı - BU GÜN

Aut.az

"Qarabağ" "Şerif"ə qarşı bu heyətlə oynayacaq

Aut.az

"Qarabağ" "Səbail"i məğlub etdi, "Zirə" "Keşlə" ilə "sülh" bağladı

Aut.az

"Rəşadın nə gücü tükənib, nə də oyunu zəifləyib" - Qurban Qurbanov

Aut.az

"Səbail" - "Qarabağ" START HEYƏTLƏR

Aut.az

“Şerif” - “Qarabağ” oyunu avstriyalılara tapşırıldı

Aut.az

Litva yığmasının üzvü “Keşlə”də - RƏSMİ

Aut.az

"Qarabağ" "Səbail"ə, "Zirə" "Keşlə"yə qarşı - BU GÜN

Aut.az

Orxan Sadıqlı “Sumqayıt”da - Rəsmi

Aut.az

“Qarabağ” Emeqarasız neçə oyun keçirəcək?

Aut.az