Xanım sənətçilərimiz hansı komandalara azarkeşlik edir?

Son dövrlər xanımların futbol izləməsi, futbol komandalarına azarkeşlik etməsi geniş vüsət alıb.
 
Qadın sənətçilərimizin də sevdiyi, oyunlarını izlədiyi klublar var.
 
Minval.İnfo-nun əməkdaşı xanım sənətçilərimiz arasında sorğu keçirib, hansı futbol komandasına azarkeşlik etdiyini öyrənib:
 
Əməkdar artist Elza Seyidcahan: “Uşaqlıqdan “Neftçi”yə azarkeşlik etmişik. Ancaq indi hamımız “Qarabağ”ın tərəfindəyik”.
 
Rəqqasə Fatimə: “Təbii ki, “Qarabağ”. Stadiona getmirəm, amma imkan olduqca evdən izləyirəm”.
 
Leyla Ramazanlı: “Desəm ki, futbolla çox maraqlanıram yalan olar. Bəzən, yerli klublarımıza, məsələn, “Qarabağ”ın oyunlarına baxıram. Futbolçu kimi Ronaldonu bəyənirəm”.
 
Xalq artisti Gülyanaq Məmmədova: “Neftçi” və “Qarabağ”ı dəstəkləyirəm. Həyat yoldaşım “Neftçi”nin köhnə oyunçusu olub, ona görə o, baxanda mən də onunla birgə izləyirəm. Stadionda heç olmamışam, amma çox istəyirəm. Yoldaşım söz verib ki, bir gün aparacaq. Bizim futbol komandalarımızın uğurlarına bir azərbaycanlı kimi daima sevinirəm”.
 
Nura Suri: “Futbolla maraqlanıram. Xarici klublar arasında “Real Madrid”ə, ölkəmizdə isə “Qarabağ”a azarkeşlik edirəm. Dünya çempionatında isə İspaniyanı bəyənirəm”
Tarix: 12 Fevral [00:00]
Oxunub: 120 dəfə
Müəllif: Aut.az

Arda Turanın həsrəti bitdi

Aut.az

Komandaların imkanları araşdırılsaydı… - Azərbaycanda

Aut.az

Elvin Yunuszadə "Sabah"da

Aut.az

Bir oyunda 26 qol - Azərbaycanda

Aut.az

“Qarabağ” - “Vorskla” oyununa nə qədər bilet satılıb?

Aut.az

“Qarabağ” “Ağsu”ya, “Neftçi” “Sumqayıt”a uduzdu

Aut.az

"Son 5 ildə "Neftçi"də transferlərə bu qədər pul ayrıldığını görməmişdim"

Aut.az

Stuxlikin sağ əli Məmmədov olacaq!

Aut.az

AFFA-da klublarla görüş keçirildi

Aut.az

Legionerlər "Qarabağ"a qoşuldular - FOTOLAR

Aut.az