Şimali Koreyalılar Cənubi Koreyaya gedəcək - MOK ELAN ETDİ

Şimali Koreya idmançıları Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak edəcəklər.
Bu haqda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bildirib.
“Mən xoşbəxtəm ki, Koreya Xalq Demokratik Respublikasından olan idmançıların 2018-ci ildə Qış Olimpiya Oyunlarında iştirak edəcəklərini elan edirəm. Bu gün xüsusi qərarı qəbul etdik və Şimali Koreyaya 22 idmançıdan ibarət kvota ayrıldı. Onları 24 məşqçi və rəsmi şəxsi müşayiət edəcək", - deyə o bildirib.
Nümayəndə heyətinə həmçinin, 21 KİV nümayəndəsi daxil ediləcək.
Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikasının idmançıları Cənubi Koreya olimpiyaçıları ilə vahid bayrağın altında çıxış edəcəklər. Qış Olimpiya oyunları fevralın 9-dan 25-dək keçiriləcək.
Tarix: 20 Yanvar [21:40]
Oxunub: 163 dəfə
Müəllif: Aut.az

Yığma komandanı Yay Olimpiya Oyunlarına ölkə ordusu hazırlayacaq - FOTO

Aut.az

PSJ-dən 37 milyon avroluq transfer

Aut.az

III Avropa Oyunları Rusiyada keçirilə bilər

Aut.az

“Neftçi” ilk oyunda 9 qola üzüldü

Aut.az

Həmyerlilərimizə Avropa çempionatına təyinat

Aut.az

Günün oyunları - TV

Aut.az

Hokkey Qış Olimpiya Oyunlarının proqramından çıxarılır

Aut.az

Ramil Quliyev daha bir uğura imza atdı

Aut.az

Xəzərin 112 metr dərinliyində

Aut.az

Eminsiz "Kalmar" zəfərə sevindi

Aut.az