"Çelsi" transfer bombasını partladır

"Roma"nın 31 yaşlı forvardı Edin Dzeko ilə bağlı yeni iddia ortaya atılıb. "Sky Sports Italia" bosniyalı futbolçunun "Çelsi"yə transfer olunmağa yaxın olduğunu iddia edib.
 
Məlumata görə, Edin Dzeko ilə yanaşı, Emerson Palmyerini də heyətinə qatacağı deyilən "Çelsi" "Roma" ilə danışıqları davam etdirir. İtaliya klubunun iki futbolçu üçün 65 milyon avro tələb etdiyi deyilir. "Çelsi"nin ilkin təklifi isə 50 milyon avro olub. Bildirilir ki, "Roma" 50 milyon avro nağd, 10 milyon avro bonus təklifinə razılaşacaq.
 
Qeyd edək ki, Edin Dzeko 2016-cı ildə "Mançester Siti"dən "Roma"ya 11 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 22 milyon avro qiymət qoyub. 31 yaşlı forvard cari mövsümdə 26 rəsmi oyuna çıxaraq 12 qol vurub və 4 məhsuldar ötürmə edib.
 
Emerson Palmyeri isə 2017-ci ilin yayında "Santos"dan 2 milyon avroya alınıb. Hazırda "Transfermarkt"ın 14 milyon avro qiymət qoyduğu 23 yaşlı müdafiəçi cari mövsümdə cəmi 3 rəsmi oyuna çıxıb.
Tarix: 20 Yanvar [16:40]
Oxunub: 149 dəfə
Müəllif: Aut.az

Braziliya millisinin düşərgəsinə dron buraxıldı

Aut.az

Venger Emerinin təqdimatını kolluqda gizlənərək izlədi - FOTO

Aut.az

Zeedorf Türkiyə klubuyla razılığa gəldi

Aut.az

Açılış saat 5-də başlanacaq - DÇ-2018-in

Aut.az

"Qalatasaray"in yeni hədəfi

Aut.az

Çin klubundan Fatih Terimə inanılmaz təklif - 10 milyon avro

Aut.az

Əmrə Belözoğlu daha 1 il "Başakşəhər"də

Aut.az

Kiyevdə “Liverpul” azarkeşlərinə hücum edilib

Aut.az

Fernando Torres "Saqan Tosu"da

Aut.az

Azarkeşlərdən qonşu ölkəyə müraciət: "klubumuzu qəbul edin!"

Aut.az