Ən çox türk azarkeşə sahib olan komandaya gəlmişəm - Ərtuğrul Sağlam

Ərtuğrul Sağlam “Traktorsazi” ilə rəsmi müqavilə bağlayıb.
 
Təbrizdə olan türkiyəli mütəxəssis,  klubla rəsmi müqaviləyə qol çəkib. O, mövsümün sonuna kimi “al qurdlar”ın “sükanı arxasında” olacaq.
 
Sağlam imzalama mərasimində ictimaiyyətə təqdim edilib. 48 yaşlı mütəxəssis təqdimat mərasimindən sonra təşkil edilən mətbuat konfransında dünyanın ən çox türk azarkeşə sahib olan komandasına gəldiyini deyib:
 
“Burda olduğuma görə xoşbəxtəm. Xoşbəxtəm çünki keçmişi olan, İran futbolunda xüsusi mövqeyə malik və 25 milyona yaxın türkün azarkeşlik etdiyi klubun “sükanı arxasına” keçmişəm. Türkiyədə bəzi dostlarım məndən “hara gedirsən” deyə soruşduqları zaman “dünyada ən çox türk azarkeşə sahib olan komandaya gedirəm” cavabını verdim. Həm burda qarşılanmağım, həm də dünəndən bəri gördüklərimə əsasən deyə bilərəm ki, fərqli bir ölkədə olsam da, fərqli insanlarla çalışacağımı düşünsəm də, əslində, öz insanlarımızla birlikdə olacam. Bu hal mənə gələcək üçün çox böyük ümid verir. Çünki yeni ölkəyə gedəndə, həmin yerə uyğunlaşmaq problemi olur. Ancaq mənim üçün bu problem olmayacaq.
 
Komandanın hazırkı vəziyyəti azarkeşlərimizin arzuları ilə uyğunlaşmır. Bunun da səbəbləri var ki, indi bunu müzakirə etməyə ehtiyac yoxdu. Üzərimizə çox böyük məsuliyyət düşür. Hamımız - klub rəhbərliyi, məşqçilər, futbolçular, azarkeşlər, jurnalistlər, bu komandaya könül verən bir kəs birlik olaraq, bu çətinliyin öhdəsindən gəlməli və turnir cədvəlində qalxa bildiyimiz qədər yüksəyə qalxmalıyıq”.
Xatırladaq ki, “Traktorsazi” 20 turdan sonra İran çempionatında 11-ci pillədə qərarlaşıb.

 

 

 
Tarix: 20 Yanvar [16:20]
Oxunub: 97 dəfə
Müəllif: Aut.az

Braziliya millisinin düşərgəsinə dron buraxıldı

Aut.az

Venger Emerinin təqdimatını kolluqda gizlənərək izlədi - FOTO

Aut.az

Zeedorf Türkiyə klubuyla razılığa gəldi

Aut.az

Açılış saat 5-də başlanacaq - DÇ-2018-in

Aut.az

"Qalatasaray"in yeni hədəfi

Aut.az

Çin klubundan Fatih Terimə inanılmaz təklif - 10 milyon avro

Aut.az

Əmrə Belözoğlu daha 1 il "Başakşəhər"də

Aut.az

Kiyevdə “Liverpul” azarkeşlərinə hücum edilib

Aut.az

Fernando Torres "Saqan Tosu"da

Aut.az

Azarkeşlərdən qonşu ölkəyə müraciət: "klubumuzu qəbul edin!"

Aut.az