18 Fevral 2019
İdmançı oğlu Brilliantı özündən çıxardı - “Tərbiyəsiz...” - VİDEO

Xalq artisti Brilliant Dadaşovanın idmançı oğlu Cahad Hacıyevin instaqramda paylaşdığı video müzakirələrə səbəb olub.
O, motosiklet sürməyini lentə alaraq rəsmi səhifəsində paylaşıb.
Cahad təhlükəlii görüntülərinə “Zolaqlı xətlərlə oynamaq” rəyini yazıb. Cahadın bu paylaşımına anası B. Dadaşova da reaksiya verib və əsəbiləşdiyini bildirib:
“Tərbiyəsiz, sən mənə söz vermişdin. Gəlib o motosikleti yox edərəm. Məni qara siyahıya atsan, təyyarəyə minib ora gələcəm.
Başıma ağrı girdi, sənə göstərəcəm. Telefonlarıma cavab ver, yoxsa hər şeyi burada yazacam”.
Hacıyev isə anasına telefondan istifadə qaydalarını öyrətdiyinə görə peşman olduğunu bildirib.
Tarix: 19 Yanvar [17:00]
|
Oxunub: 204 dəfə
|
Müəllif: Aut.az
|