Millimizin baş məşqçisinə mükafat verildi – FOTO

Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyası 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, ədalətli oyun prinsiplərini təbliğ etmək və bu prinsiplərə sadiq insanları həvəsləndirmək məqsədilə müxtəlif nominasiyalar üzrə mükafatlar təsis edir.
20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında XXI açıq Respublika turnirində bir qrup idman mütəxəssisi MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev tərəfindən dörd nominasiya üzrə mükafatlandırılıb.
Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi- Firdovsi Umudov (Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, sərbəst güləş millimizin baş məşqçisi)
Ədalətli oyun prinsiplərinə sadiq hakim - Vahid Temirov (Özbəkistan), Sədi Quliyev (Azərbaycan)
Ədalətli oyun prinsiplərinə sadiq məşqçi - Vaşa Kraveişvili (Gürcüstan), Ruslan Şəmilov (Azərbaycan)
Ədalətli oyun prinsiplərinə sadiq idmançı - Andrey Yeqerov (Qazaxıstan), Vahid Əlizadə (Azərbaycan)

Tarix: 18 Yanvar [21:00]
Oxunub: 108 dəfə
Müəllif: Aut.az

III Avropa Oyunları Rusiyada keçirilə bilər

Aut.az

“Neftçi” ilk oyunda 9 qola üzüldü

Aut.az

Həmyerlilərimizə Avropa çempionatına təyinat

Aut.az

Günün oyunları - TV

Aut.az

Hokkey Qış Olimpiya Oyunlarının proqramından çıxarılır

Aut.az

Ramil Quliyev daha bir uğura imza atdı

Aut.az

Xəzərin 112 metr dərinliyində

Aut.az

Eminsiz "Kalmar" zəfərə sevindi

Aut.az

Günün oyunları - TV

Aut.az

Faciəvi şəkildə öldü - FOTO

Aut.az