Zabit Səmədov idman klubu açır

Ölkəmizin məşhur kikboksçusu, K-1 döyüşlərinin iştirakçısı Zabit Səmədov Azərbaycanda yeni idman klubu açır.
O, bu barədə açıqlamasında bildirib.
Səmədovun sözlərinə görə, klubun ünvanı və adı artıq məlumdur:
“İdman klubunun açılması üçün Gənclər və İdman Nazirliyi tərəfindən yer verilib. Hazırda orada təmir işləri gedir. Klubun açılışı ilə bağlı tədbir planlaşdırırıq. Aprel-may aylarında açılış edəcəyik. Mən də istəyirəm ki, bizim gənclər gəlib orada məşq etsin. Oradan dünya və Avropa çempionlarının çıxmasını, onların ölkəmizi irimiqyaslı turnirlərdə təmsil etməsini istəyirəm. Klubun məkanı Tbilisi prospektindəki Heydər Əliyev adına İdman Sarayıdır. Adı da “Zabit” İdman Klubu olacaq”.
Zabit Səmədov idman klubunda fəaliyyət göstərən idman növlərinin də adını açıqlayıb:
“Belə deyim ki, orada döyüş idman növləri olacaq. Muay tay, kikboksinq idman növlərinin fəaliyyət göstərməsi nəzərdə tutulub. Qaydasız döyüş növləri də ola bilər”.(oxu.az)
Tarix: 18 Yanvar [20:40]
Oxunub: 167 dəfə
Müəllif: Aut.az

Azərbaycanın əməkdar məşqçisi prezidentə müraciət etdi

Aut.az

"Keşlə" - "Sumqayıt" 2:1 - VİDEO

Aut.az

Arvadını döydüyü üçün həbs olunan idmançı: “Hər şey superdi...” - VİDEO

Aut.az

Putini nakauta salan qadın kimdir? - FOTOLAR

Aut.az

Həbib 550 min cərimə ödədi - 200 min də ödəyəcək

Aut.az

İlham Əliyevin əməkdar məşqçi ilə MARAQLI DİALOQU

Aut.az

Azərbaycan futbolunda itki

Aut.az

Dünya şokda: Erməni qadın idmançı "kişi" çıxdı - FOTOLAR

Aut.az

Süleymanov həbs edildi

Aut.az

Məmmədyarov və Rəcəbov dünya çempionatında iştirak etməyəcək

Aut.az