Maksimov hesabı açdı - 1:0

Amal Abuşov
 
Zaur Axundovu futbol ictimaiyyəti yaxşı tanıyır. Diktatorluğa meyillidi. Əcnəbi mütəxəssislərə dərindən sevgi bəsləyir, iş prosesində onlara etimad göstərməyi xoşlayır. Amma buna ona görə razılıq verir ki, gəlmələrə sözünü daha tez və asa keçirir, əcnəbiləri təsir altında saxlmağı bacarır.
 
Onun futzal millisini çalışdıran braziliyalı mütəxəssislərin başına açdığı oyunlar, "sambaçı”ları döyməkdən belə çəkinməməsi haqqında xeyli rəvayətlər danışılır. Təsadüfi deyil ki, bir vaxtlar Azərbaycan milli komandasının və Araz klubunun baş məşqçisi Joze Alesio da Silva gecəylə Bakını tərk etmiş, Qazaxıstana qaçmışdı. Braziliyalı mütəxəssis bunu sivil qaydada, günün işıqlı vaxtında ona görə etməmişdi ki, Axundovun onu təpiyinin altına salıb, əzişdirəcəyindən, biletini və pasportunu alıb cıracağından ehtiyatlanmışdı.
 
Futzaldan böyük futbola gələn Zaur bəy öz köhnə şakərini burda da göstərməyə başladı, sərt üzünü və "dəmir əli”ni işə saldı. Əvvəlcə futbolçu Rauf Əliyevlə bütün münasibətləri korladı. Oun Albaniyaya problemsiz transfer olunmasına əngəl törətdi, işləri xeyli qəlizləşdirdi. İndi də hücumçuyla prinsip aparmağa, Raufu incitməyə davam edir. Daha sonra da "İnter”in (hazırkı "Keşlə”nin) gürcü çalışdırıcısı Zaur Svanadzeni yerindən tərpətməyə, ona işıqlı dünyanı dar etməyə başladı. Bütün üsullara əl atırdı ki, Svanadzeni Bakıdan qaçırtsın, komandanı öz istədiyi mütəxəssisə tapşırsın. Gürcü çalışdırıcı bir müddət təzyiqlərə dözdü, müqaviləsiz də çalışdı. Amma gec-tez plan baş tutdu. Zaur Svanadze Gürcüstana yola salındı, onun boşaltdığı post isə müvəqqəti olaraq Ramiz Məmmədova tapşırıldı.
 
Bu həm də klubun tarixində bir ilk idi. "İnter” ilk dəfə azərbaycanlı mütəxəssisə tapşırılmışdı. Buna görə də biz sevindik, "İnter”dəki (yəni "Keşlə”dəki) "torbatikmə” əməliyatını o qədər də açıb-ağartmadıq. Sən demə bu sevinc müvəqqəti imiş, Zaur Axundov öz planlarını qurub və onları həyata keçirmək üçün münbit şərait gözləyirmiş. Həmin şərait də qış fasiləsi ərəfəsində yetişdi. Ramiz Məmmədov getdi, onun yerinə ukraynalı Yuri Maksimov gəldi.
 
Həmin Yuri Maksimovdu ki, məşqçi karyerası boyu öyünəcəyi heç bir uğuru yoxdu, "Keşlə”ni böhrandan çıxarmaq üçün xüsusi istedad və böyük təcrübə sahibi deyil. Nə sirri-xudadısa, Zaur Axundov ona inanır. Olmaya, Maksimovun sərt xarakterini, futbolçuları döymək bacarığını bəyənib? Axı, ukraynalı mütəxəssisin Taraz şəhərinin aeroportunda həmyerlisi Aleksandr Əliyevi döyməsi uzun müddət Qazaxıstan və Ukrayna mətbuatının manşet xəbərinə çevrilmişdi.
 
Deyəsən, Maksimov sərt üzünü artıq Axundova göstərib, "diktator prezident” üzərində ilk qələbəsini qazanıb. Çünki ilk günlər Maksimovun hazırkı köməkçiləri ilə çalışacağı, yaya qədər vətənindən heç kimi "Keşlə”yə kömək üçün çağırmayacağı razılaşdırılmışdı. Bu barədə açıqlama da verilmişdi. Amma dünən "Keşlə” beş yeni futbolçu ilə birlikdə Sergey Revutla da müqavilə imzaladı. Yuri Maksimov dediyini etməyi bacardı, Zaur Axundovu bir addım qabaqladı.
 
Davamı da gələcək. Buna şübhəniz olmasın. "Keşlə”nin düşərgəsində hələ çox maraqlı hadisələrin yaşanmasına şahidlik edəcəyik. İlk qolu Yuri Maksimov Zaur Axundovun "qapısına” vurub. Yerinizi rahatlayın...
 
Sport7.az
Tarix: 18 Yanvar [18:00]
Oxunub: 69 dəfə
Müəllif: Aut.az

"Qarabağ Vyana" yeni stadiona qovuşdu (FOTO)

aut.az

Banişevskinin xatirə turnirinin qalibi müəyyənləşdi

Aut.az

Birinci divizion - liderdən ilk məğlubiyyət

Aut.az

"Ramil "Qarabağ"dan getsin" - Quliyev

Aut.az

AFFA-dakı alman: Tualetə də şamla getmişəm - Müsahibə

Aut.az

Çingiz Abdullayev Banişevskinin ruhundan utanır - FOTOLAR

Aut.az

Deyirlər ki, “Neftçi”nin yeni prezidenti bu işi yaxşı bacarır

Aut.az

“Keşlə”də nifaq toxumu səpilir

Aut.az

Vəli Hüseynov: “Cəbrayılın havasını Tovuzdan alıram”

Aut.az

Elxan Məmmədovun Elxan Əsədov şərti

Aut.az