"Vətən"in məşqçisi "Lokomotiv"də təcrübə keçdi

"Vətən" RİOEUG futbol məktəbinin məşqçi-müəllimi, U11 komandasının baş məşqçisi Samir Əbdürrəhmanov Rusiyanın "Lokomotiv" klubunda təcrübə keçib. 

Bir həftə ərzində məşqçiyə klubun akademiyasının fəaliyətini yaxından izləmək imkanı yaradılıb. Aşağı yaş qrupları üzrə komandalarının məşqləri və uşaq futbolu ilə bağlı geniş fikir mübadiləsi aparmaqla yanaşı, Əbdürrəhmanov "Lokomotiv"in baş məşqçisi Yuri Syomin, köməkçi məşqçi Dmitri Loskov, klubun akademiyasının direktoru Aleksey Şiqolev və veteran məşqçi Boris İqnatyevlə görüşlər zamanı təcrübəli məşqçilərlə səmərəli söhbətlər aparıb, onların verdiyi məsləhətlərini dinləyib.

"Lokomotiv"in prezidentinin gənclər siyasəti üzrə köməkçisi Renat Ataullinlə də görüşən məşqçi “Vətən" futbol məktəbi barədə ona geniş məlumat verib. Söhbət zamanı klub rəsmisi gələcəkdə "Lokomotiv"lə "Vətən" arasında geniş əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib.

"Vətən" futbol məktəbi gələcəkdə də məşqçilərin təcrübə toplaması məqsədi ilə onların ölkə xaricində tanınmış futbol klublarına göndərilməsini davam etdirəcək.
Tarix: 18 Yanvar [13:50]
Oxunub: 99 dəfə
Müəllif: Aut.az

"Qəbələ"yə karyeramı bitirdiyimi dedikdən sonra getmişdim"

Aut.az

“Vətən” Avstriyadan üzüağ döndü

Aut.az

Gəlmələrlə çiçək(çirk)lənən futbolumuz

Aut.az

“Neftçi” dağıldı

Aut.az

"Kamran Quliyevin fikri nədi?"

Aut.az

Het-trik news U-15 Liqasında İlin ən yaxşı futbolçusu seçimini aparıb

Aut.az

“Sumqayıt”da daha bir müqavilə

Aut.az

“Neftçi” gözləyir: öncə baş məşqçi müəyyənləşəcək, sonra islahat başlayacaq

Aut.az

"Səbail"in yeni baş məşqçisi müəyyənləşdi - ÖZƏL

Aut.az

“Qarabağ” dağılmır, təmizlənir

Aut.az