“Qarabağ” Qvardiolanın “Barselona”sı kimi tiki-taka futbolu oynayır”

“Qarabağ” dünən Antalyada təlim-məşq toplanışı çərçivəsində ilk oyununu keçirib. Rusiyanın “Kuban” klubuyla qarşılaşan Qurban Qurbanovun yetirmələri matçdan 2:2 hesablı heç-heçə ilə ayrılıb.
 
Oyunda komandasının hər iki qoluna imza atan “Kuban”ın futbolçusu Nikita Malyarov qarşılaşmadan sonra klubun saytına açıqlama verib. 29 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin ünvanına xoş sözlər deyib:
 
“Rəqib yaxşı komanda idi. Onlar Çempionlar Liqasında çıxış ediblər. “Roma”, “Çelsi”, “Atletiko” kimi komandaların yer aldığı qrupda 2 xal toplayıblar. Maraqlı oyun tərzləri var. Bizim üçün bu komanda ilə oynamaq çətin idi. Xüsusilə, ilk hissədə. Xosep Qvardiolanın “Barselona”sı kimi tiki-taka futbolu oynayırdılar. Onlarla qarşılaşmaq xoş idi. Nəticəni qənaətbəxş hesab edirəm. Oyunda iki qol vurdum. Birini penaltidən, digərini isə cərimə zərbəsindən. Şübhəsiz, qol vurmağımda komanda yoldaşlarımın da böyük rolu oldu. Qalib gəlmək istəyirdik, ancaq alınmadı. Bu, bizim Antalyada ilk oyunumuz idi. Cəmi 6 gündü burdayıq və ilk oyunumuzu bu cür güclü rəqibə qarşı keçirmək çətin idi. Ancaq komanda yaxşı təsir bağışladı. Hər şey daha yaxşı olacaq”.

 

 

 
Tarix: 18 Yanvar [13:10]
Oxunub: 128 dəfə
Müəllif: Aut.az

Azərbaycan klublarının transfer bazarlığı - YENİLƏNİR

Aut.az

Millinin açıq məşqi - FOTOLAR

Aut.az

Millimiz Makedoniyaya uduzdu

Aut.az

Əfran İsmayılov Super Liqada: hansı kluba keçir?

Aut.az

Yığmamızdan heç-heçə

Aut.az

Qurban Qurbanov: "Cavid Hüseynovun hərəkətlərini xoşlamıram"

Aut.az

"Neftçi" futbolçularına mükafat verdi - 686 manat 72 qəpik

Aut.az

Millimizin Makedoniyaya qarşı ikinci sınağı - BU GÜN

Aut.az

Azərbaycan mövsümü 23-cü pillədə başa vurdu

Aut.az

Azərbaycan Kuboku: Finalın hakimləri bəlli oldu

Aut.az