Fərid Nəbiyevin dublu “Slaviya”ya qələbə qazandırdı

21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya”nın U-21 komandası yoxlama oyununda qüvvəsini sınayıb. Cempionatda yaranan fasilə ərəfəsində Praqada təlim-məşq toplanışında olan komanda “Litomerico” kollektivi ilə üz-üzə gəlib.
 
Görüş futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb. “Slaviya” matçdan 2:1 hesablı qələbə ilə ayrılıb. Praqalıların 52 və 58-ci dəqiqədə vurduğu qollara “Litomerice” 84-cü dəqiqədə cavab verib.
 
Bu  qarşılaşma Fərid Nəbiyev üçün olduqca uğurlu və məhsuldar alınıb. Belə ki, “Slaviya”nın hər iki qolu perspektivli futbolçumuzun aktivinə yazılıb. Getdikcə “Slaviya”nın liderinə çevrilən “Qəbələ Futbol Akademiyası”nın yetirməsi sol ayaqla öncə yaxın küncü, sonra isə uzaq küncü dəqiq nişan alaraq komandasına qələbə qazandırıb.
 
Bu qarşılaşmada “Slaviya”nın düşərgəsində baxışda olan digər həmyerlilərimiz – Amin Seydiyev və Rövlan Muradov da iştirak ediblər. Rövlan 80-cı dəqiqədə əvəzlənsə də, Amin sonadək mübarizə aparıb. Futbolçularımız meydanda olduqları müddətdə özlərini ən yaxşı tərəfdən göstərməyə nail olublar. 
Tarix: 17 Yanvar [22:30]
Oxunub: 133 dəfə
Müəllif: Aut.az

“Beşiktaş” İngiltərədən əl çəkmir

Aut.az

Azərbaycan klublarına qarşı ayrı-seçkilik - Nazirin açıqlaması

Aut.az

İrqçilik edən futbolçu cəzalandırıldı

Aut.az

Çempionatın oyunları "Facebook"da yayımlanacaq

Aut.az

"Vilyarreal" rusu icarəyə verdi

Aut.az

Mandzukiç millidəki karyerasını başa vurdu

Aut.az

“Mançester Siti”dən "Jirona"ya

Aut.az

La Liqada klub dəyişdi

Aut.az

Məhəmməd Salah polis tərəfindən cəzalandırıla bilər

Aut.az

Növbəti erməni təxribatı: Qarabağda separatçıların futbol turniri keçiriləcək

Aut.az