Düşmən ölkələri Qış Olimpiya Oyunları birləşdirir

Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası (KXDR) 2018-ci il Qış Olimpiya Oyunlarının açılış mərasimində ümumi bayraq altında iştirak edəcəklər.
 
Bu barədə tərəflər arasında son 10 gündə ikinci dəfə keçirilmiş görüşdə razılıq əldə olunub. Anlaşmaya əsasən, 9 – 25 fevralda Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək olimpiadada KXDR-in nümayəndə heyətinin tərkibində dövlət rəsmilərinin, xüsusi səhnəciklər nümayiş etdirəcək 30 taekvondoçunun və 230 azarkeşin yer alacağı gözlənilir.
 
Həmçinin, Paralimpiya Oyunlarında KXDR-in ümumilikdə 150 nəfərlə, o cümlədən, idmançılarla təmsil olunacağı bildirilir. Daha bir razılıq iki ölkə xizəkçilərinin birgə məşqlərinin keçirilməsinə dair əldə edilib. Tərəflər iki ölkənin qadınlardan ibarət yığmalarının vahid komanda tərkibində çıxış etmələrinə dair razılığa da gəliblər.
 
Qeyd edək ki, sonuncu dəfə Cənubi Koreya və KXDR idmançıları 2006-cı ildə İtaliyanın Turnin şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarının açılış mərasimində ümumi bayraq altında iştirak ediblər.
Tarix: 17 Yanvar [21:30]
Oxunub: 209 dəfə
Müəllif: Aut.az

III Avropa Oyunları Rusiyada keçirilə bilər

Aut.az

“Neftçi” ilk oyunda 9 qola üzüldü

Aut.az

Həmyerlilərimizə Avropa çempionatına təyinat

Aut.az

Günün oyunları - TV

Aut.az

Hokkey Qış Olimpiya Oyunlarının proqramından çıxarılır

Aut.az

Ramil Quliyev daha bir uğura imza atdı

Aut.az

Xəzərin 112 metr dərinliyində

Aut.az

Eminsiz "Kalmar" zəfərə sevindi

Aut.az

Günün oyunları - TV

Aut.az

Faciəvi şəkildə öldü - FOTO

Aut.az