Dünya çempionunu öldürən Anarın atası öldürüldü - Təsadüf, yoxsa qəsd?

Rusiyanın pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçevin ölümündə ittiham olunan Xabarovsk vilayət sakini, əslən Azərbaycandan olan Anar Allahverənovun atası yol-nəqliyyat hadisəsi zamanı ölüb.
 
Bu barədə çərşənbə günü Allahverənovlar ailəsinin vəkili Konstantin Lısenko məlumat verib.
 
Yerli KİV-də kişini vəkilin yanına gedərkən maşının vuraraq öldürməsi barədə məlumat yayılıb. Zərbə o qədər güclü olub ki, zərərçəkənin ayağını qoparıb. Ölən şəxsin 59 yaşı olub. Bəzi nəşrlərin fərziyyəsinə görə, bu, qəsdən törədilib. Hadisəni törədən şəxs ərazidən qaçmayıb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin "Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması" maddəsi üzrə iş açılıb.
 
Vəkilin sözlərinə görə, hazırda hadisələr arasında bir bağlılığın olub-olmaması araşdırılır. O bildirib ki, ötən il ərzində həqiqətən Anar Allahverənovun atasının ünvanına dəfələrlə təhdidlər daxil olub.
Tarix: 17 Yanvar [13:15]
Oxunub: 103 dəfə
Müəllif: Aut.az

Adil Əliyev: “Xaricdən dəvət olunan məşqçilər idmançılarımızı dopinqə öyrəşdirirlər

Aut.az

Xəzərdə qayıqdan tapılan meyitlər itkin düşən idmançılara aid imiş

Aut.az

Dostunu bıçaqlayan Avropa çempionunun cəzası bilindi

Aut.az

Zorlanan gimnastlar üçün 1,3 milyon dollar

Aut.az

Boksçuya 2 illik cəza

Aut.az

Azad Rəhimovun oğluna xəbərdarlıq

Aut.az

Qubada 3 azərbaycanlı alpinist niyə həlak oldu?

Aut.az

Əxlaqsızlıq yuvasından milli komandaya şok təklif: Çempion olsalar, pulsuz xidmət ediləcək

Aut.az

AKP 3 məşhur idmançının deputatlığa namizədliyini irəli sürdü

Aut.az

Seks qalmaqalına görə istefa

Aut.az