Elxan Məmmədovun eks müavini prezident postuna gətirildi

Ötən ilin dekabrında ölkəmizdə mini-futbolun inkişafına və kütləviləşdirilməsinə böyük töhfə vermiş “Azfar Group” şirkəti tərəfindən “Azərbaycan Mini-Futbol Assosiasiyası” (AMFA) təsis edilib.

Qurumun prezidenti postuna Elxan Əsədov gətirilib. Bu şəxs 2008-2012-ci il aralığında AFFA-nın baş katibi Elxan Məmmədovun müavini postunu tutub.
 
Daha sonra Dövlət Bayrağı Meydanı Kompleksinin rəisi Rəşad Məmmədova köməkçi gedib. Bu şəxsin işdən azad olunması Əsədovu vəzifədən edib və budu, o, 5 il sonra futbol sektorundadı!

Məlum olduğu kimi, “Azfar Group” şirkəti hazırda Bakı və Sumqayıt şəhərlərində 30-dan artıq stadionla həvəskar futbolçulara xidmət göstərməkdədi. Şirkətin təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçirilmiş “Azfar Business League-ABL Cup 2017/18” çempionatı, futbol ictimaiyyətinin və işgüzar dairələrin böyük marağına səbəb olub, eləcə də, mini-futbolun korporativ məkanda təbliğ edilməsinə şərait yaradıb.
 
Məhz bu tədbirlərin məntiqi davamı olaraq, ölkəmizdə həvəskar futbolçuları bir araya gətirmək və mini-futbol idman növünü peşəkar müstəviyə çıxarmaq məqsədilə belə bir Assosiasiyanın yaradılmasına qərar verilib. Müasir standartlara cavab verən mini-futbol meydançalarının və həvəskar futbolçularla qurulmuş sıx əməkdaşlığın mövcudluğu, öz növbəsində “Azərbaycan Mini-Futbol Assosiasiyası”nın gələcək uğurlu fəaliyyəti üçün fundamental rol oynayacaq. 
 
Assosiasiyanın əsas hədəfi ölkədə futbolun inkişaf səviyyəsinin yüksəldilməsi, əhalinin müxtəlif kateqoriyaları arasında mini-futbolun kütləviləşdirilməsi, sağlam həyat tərzinin təbliği, habelə peşəkar futbolçuların hazırlanmasına nail olmaqdı.
 
Assosiasiyanın qarşısında duran əsas məqsədlərdən biri də mini-futbol üzrə beynəlxalq qaydaların və standartların Azərbaycanda tətbiqini və ölkə mini-futbolunun beynəlxalq mini-futbol ailəsinə inteqrasiyasını həyata keçirməkdi.
 
Təcrübə mübadiləsinin aparılması məqsədilə artıq Avropa və Dünya Mini-Futbol Federasiyaları ilə sıx əməkdaşlığa başlanılmış, Azərbaycanın sözügedən təşkilatlara üzv qəbul olunması məsələsi ətrafında aktiv müzakirələr aparılır.
 
Nəticə etibarilə AMFA Azərbaycanda ilk dəfə olaraq həvəskarlar arasında mini-futbol üzrə milli yığmanı formalaşdıraraq, beynəlxalq yarışlarda millimizin iştirakını təmin edəcək. Habelə AMFA bayrağı altında həvəskarlar arasında mini futbol liqası yaradılaraq, qaliblərin mini-futbol üzrə Dünya və Avropa çempionatlarına getmək şansını yaradacaq.
 
Bunların hamısı gələcəkdə beynəlxalq turnirlərin Azərbaycanda keçirilməsi, ölkəmizin beynəlxalq mini-futbol arenasında təşviq olunması, eləcə də, yeni inkişaf mərhələsində həvəskarların daha çox mini-futbola cəlb olunması üçün şərait yaradacaq.
 
Bir sözlə, Assosiasiya ölkəmizdə sosial statusundan, peşəsindən və yaşından asılı olmayaraq bütün həvəskarları mini-futbol bayrağı altında birləşdirməklə, həvəskar futbolla peşəkar futbol arasında körpü rolunu oynayacaq.
Tarix: 17 Yanvar [12:15]
Oxunub: 93 dəfə
Müəllif: Aut.az

"Qəbələdəki hadisələrindən sonra komandada psixoloji gərginlik var idi"

aut.az

Tərlan Əhmədov: "Nə yatıb, nə yuxu gördülər ki?"

aut.az

"Qəbələ" uduzdu, "Neftçi" "Zirə"ni büdrətdi

aut.az

"Qarabağ"ın zədəli futbolçusu sıraya döndü

Aut.az

Aqil Məmmədov ona çörək vermiş Ramin Musayevə qarşı da

Aut.az

Millimizin sabiq üzvü futbol məktəbi açdı

Aut.az

“Yasamal”la “Marafon Futsal”dan inamlı qələbə

Aut.az

Azərbaycanda yeni futbol təşkilatı yaradılır

Aut.az

AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi

Aut.az

Belanov Banişevskini andı - FOTO

Aut.az