AFFA dövlətə qarşı çıxır? - YAZI

Məlumatlı olduğunuz kimi, milli komandamız fevralın 2-də Türkiyənin Antalya şəhərində Gürcüstan millisi ilə yoxlama görüşü keçirməli idi. Lakin sonradan gürcülər millimizlə oynamaqdan imtina etdi və AFFA yeni rəqib axtarışına çıxdı. Tapmağına tapdı, amma...
 
Millimiz fevralın 2-də Gürcüstanın yerinə Kosova millisi ilə üz-üzə gələcək. Məsələnin mahiyyətini bilənlər üçün AFFA-nın seçiminin nə qədər düşüncəsiz və anormal olduğunu izah etməyə ehtiyac yoxdur. Futbolumuzun başında duranların futbolumuza vurduğu zərbələrin sayı hesabı yozdur. Amma belə baxıram ki, deyəsən onlar yavaş-yavaş ölkənin maraqlarına da zərbə vurmağa başlayıblar. Çünki dövlətinin, xalqının mənafeyini düşünən federasiya heç vaxt bu cür avantürist addım atmaz. 
 
Kosova keçmiş Yuqoslaviyanın tərkibində olmuş bir ərazidir. 1992-ci ildən etibarən sözügedən ölkə parçalandı və onun tərkibində olan Serbiya, Çernoqoriya, Sloveniya, Xorvatiya, Makedoniya, Bosniya və Herseqovina ayrılaraq müstəqilliklərini elan etdilər. Bütün bu hadisələrin fonunda Kosova Serbiyanın tərkibində qalmaqda davam elədi. Bir müddət sonra onlar da öz müstəqilliklərini elan etdilər. Ancaq digər ölkələrdən fərqli olaraq Kosovanın müstəqilliyi birmənalı qarşılanmadı. Serbiya açıq şəkildə Kosovanın onların ərazisi olduğunu iddia edərək, bu dövləti qeyri-qanuni, qondarma dövlət kimi qəbul etdi. Onlar rəsmi olaraq Kosovanın Serbiya ərazisində  Kosovo və Metoxiya muxtar vilayəti olduğunu bəyan edirlər. Hazırda da dünyada heç də bütün ölkələr bu dövlətin müstəqilliyini tanımır.
 
Kosovanın müstəqilliyini tanımayan dövlətlərdən biri də Azərbaycandır. Bu da başadüşüləndir, çünki bizim də Qarabağ problemimiz var. Necə ki, ermənilər Dağlıq Qarabağda, tarixi Azərbaycan torpaqlarında qondarma respublika elan edib, eyni qaydada kosovalılar da Serbiya torpağında qondarma dövlət yaradıblar. Bir sözlə, Azərbaycanın dövlət siyasətinə zidd olduğu üçün rəsmi səviyyədə bu ölkənin müstəqilliyini tanımırıq və Kosova ilə heç bir sahədə əməkdaşlığımız mövcud deyil. Hələ 2008-ci ilin fevralında Kosova müstəqilliyini birtərəfli qaydada elan edəndə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim dövlətin mövqeyini ortaya qoyaraq bəyan etmişdi ki, Kosovonun müstəqilliyini elan etməsi beynəlxalq hüquqa ziddir və buna görə də Azərbaycan onu tanımır. Uzağa getməyək, ötən il avqustun 30-da Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Serbiya Maliyyə Nazirliyinin Gömrük İdarəsinin Beynəlxalq Gömrük Əməkdaşlığı və Avropa İttifaqına İnteqrasiya Departamentinin rəhbəri Gordana Vidanovicin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə Azərbaycan dövlətinin mövqeyini ortaya qoymuş və bildirmişdi ki, Azərbaycan heç vaxt Kosovanın müstəqilliyini tanımayacaq.
 

Ancaq hazırkı durum bunu deməyə əsas verir ki, AFFA Azərbaycanın dövlət siyasətinə qarşı çıxır, dövlətin yürütdüyü strategiyanın ziddinə gedir. Çünki Azərbaycanın dövlət səviyyəsində tanımadığı və əməkdaşlıq etmədiyi qondarnma respublikanın futbol federasiyası ilə danışıqlar apararaq onların millisi ilə yoxlama görüşü təşkil edir. Bizim futbol başbilənlərimizə, milliyə birbaşa nəzarət edən baş katib Elxan Məmmədova sual vermək istərdim: sabah Serbiyanın hansısa komandası, yaxud millisi durub Xankəndinə gəlib qondarma Dağlıq Qarabağ Respublikasının komandası ilə yoxlama görüşü keçirsə necə olacaq? Məlum məsələdir ki, dövlət səviyyəsində buna etiraz edəcəyik. Amma Serbiya tərəfi Azərbaycan millisinin Kosova ilə yoxlama görüşü keçirməsini arqument kimi ortaya qoysa hansı cavabı verəcəyik? Adamlar haqlı olacaq. Sual oluna bilər ki, U-21 millimiz hazırda seçmə mərhələdə Kosova ilə eyni qrupda yer alıb və bu ölkənin millisi ilə bir oyun da keçirib. Amma fərqli durumdu. Çünki FİFA və UEFA Kosovanı üzvülüyə qəbul edib. Buna görə də kosovalılar FİFA və UEFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edir. Bu səbəbdən də püşk bizi onlara rəqib edəndə oynamağa məcburuq. Sabah serblər bunu bizə irad tuta bilməz çünki bunun məcburiyyət olduğunu özləri də gözəl bilir. Amma yoxlama görüşü məcburi görüş deyil. Burda iki tərəfin qarşılıqlı razılığı rol oynayır. İndiki halda biz Kosova ilə AFFA-nın bu ölkənin futbol federasiyası ilə apardığı danışığın nəticəsi olaraq üz-üzə gələcəyik. Bunun isə heç bir məntiqi izahı yoxdur. Bir sözlə, AFFA rəhbərliyi çox ciddi siyasi səhv buraxıb və faktiki dövlətin siyasətinə qarşı çıxaraq Azərbaycanın da maraqlarını zərbə altına qoyub. Ümid edirik ki, ən qısa zamanda bu siyası səhv aradan qaldırılacaq və sözügedən oyun ləğv olunacaq. Məsələyə dövlətin də müdaxiləsi zəruridir. 
 
 
Anar XANLAROV  rekord.az
Tarix: 17 Yanvar [12:30]
Oxunub: 76 dəfə
Müəllif: Aut.az

"Qarabağ Vyana" yeni stadiona qovuşdu (FOTO)

aut.az

Banişevskinin xatirə turnirinin qalibi müəyyənləşdi

Aut.az

Birinci divizion - liderdən ilk məğlubiyyət

Aut.az

"Ramil "Qarabağ"dan getsin" - Quliyev

Aut.az

AFFA-dakı alman: Tualetə də şamla getmişəm - Müsahibə

Aut.az

Çingiz Abdullayev Banişevskinin ruhundan utanır - FOTOLAR

Aut.az

Deyirlər ki, “Neftçi”nin yeni prezidenti bu işi yaxşı bacarır

Aut.az

“Keşlə”də nifaq toxumu səpilir

Aut.az

Vəli Hüseynov: “Cəbrayılın havasını Tovuzdan alıram”

Aut.az

Elxan Məmmədovun Elxan Əsədov şərti

Aut.az