Diplom sahibinin məsuliyyətsizliyi

AFFA-dan daha bir məsuliyyətsiz addım. Gürcüstan millisi ilə fevralın 2-ə təyin olunan yoldaşlıq oyunu qurum rəsmilərinin bacarıqsızlığı, işə qeyri-peşəkar münasibəti üzündən baş tutmamışdısa, onların əvəzinə tapılan rəqibin seçimi ümumiyyətlə, gözlənilməzdi.
 
AFFA dünən rəsmən Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində Azərbaycan milli komandasının fevralın 2-də Kosovo yığması ilə yoldaşlıq oyunu keçirəcəyi barədə açıqlama yaydı. Qurumla Kosovo Futbol Federasiyası arasında ilkin razılığa əsasən, bu komandalar arasında ilk sınaq matçı baş tutacaq.
 
Zənnimizcə, belə uğursuz qərardansa, milli komandanın rəqibsiz qalması daha məntiqli idi. Hətta belə zəif rəqibdənsə, millinin ikitərəfli oyunu və ya həmin vaxt Antalyada olacaq klublarımızdan biri ilə sınaq matçı daha uyğun olardı. Çünki rəqib matça ancaq yerli çempionatda çıxış edən futbolçuları dəvət edəcək.
 
Burada söhbət təkcə rəqibin zəifliyindən getmir. AFFA siyasi cəhətdən də doğru davranmayıb.
 
Bildiyimiz kimi, Kosovonu dövlət kimi rəsmən tanımamışıq. Ölkəmizlə bağlı oxşar problem olduğundan, dövlət rəhbərliyimizin addımı məntiqlidi. Kosovonun müstəqilliyinin qəbul edilməsi başqa dövlətlərin Dağlıq Qarabağla bağlı eyni addımı atmasına şərait yaratmış olar. Dövlət rəhbərliyinin mövqeyi belədirsə, AFFA-nın seçimini anlamaq çətindi. Bu, dövlət siyasətinə, strategiyasına qarşı çıxmaq deyilmi?
 
AFFA rəsmiləri bu məsələylə bağlı açıqlama verərkən uğursuz müqayisə aparır. Qurumun mətbuat xidməti əvvəllər bu ölkənin müxtəlif milliləri ilə oynadığımızı əsas götürürlər. Bəli, belə hallar olub, elə indi də U-21 millimiz kosovolularla eyni qrupda mübarizə aparır. Lakin bu, məcburi addımdı.
 
2008-ci ildə yaradılan Kosovo Milli Futbol Federasiyası yalnız 2012-ci ilin dekabrında FİFA-nın futbol xəritəsinə əlavə edilib, rəsmən isə 2016-cı ilin mayında üzvlüyə qəbul olunub. Bu səbəbdən UEFA, FİFA bayrağı altında keçirilən yarışlarda püşkün rəqib seçdiyi halda, oynamağımız məcburidi. Lakin bu, o demək deyil ki, onlarla əlaqələri hər gün oynaya biləcək qədər irəlilətməliyik. Ona qalsa, Ermənistanın aşağı yaş qrupundan olan milliləri, futzal və futbol klubları ilə də nəvaxtsa qarşılaşmışıq. Lakin bu ölkəni tanımırıq və məcburiyyət olmadğı halda qarşılaşmağımız, əlaqələr qurmağımız mümkünsüzdü.
 
Kosovo ilə bağlı məqam da eynidi. Beynəlxalq futbol qurumlarının bayrağı altında keçirilən yarışlarda qarşılaşmağımızın səbəbi aydındı. Lakin bu ölkənin millisi ilə əlaqələr qurub, onlarla yoxlama oyununa razılaşmaq dövlət siyasətinə qarşı çaxmaq, ermənilərin Dağlıq Qarabağla bağlı iddialarına yardım etmək deməkdi. Ümid edirik, AFFA İcraiyyə Komitəsinin üzvü olan xarici işlər naziri Elmar Məmmədyarov da bu qərarın fərqindədi.
 
AFFA-nın baş katibi Elxan Məmmədovun niyə belə məsuliyyəsizlik etdiyini anlamırıq. Bəlkə də bilərəkdən bu işə qol qoyub, hansısa gizli maraqları var. Lakin dövlətçiliyin keşiyində durmaq, öz sahəsində dövlətin maraqlarını müdafiə etmək onun birbaşa vəzifə borcudu. Hər halda, yaxınlarda aldığı fəxri diplomun məsuliyyəti də onu daha diqqətli olmağa məcbur etməliydi. Əksər dünya ölkələrinin tanımadığı Kosovo ilə münasibətlərin süni şəkildə istiləşdirilməsi, mövcud vəziyyət üzündən, bizə ümumiyyətlə, lazım deyil. Bu addımı Ermənistanın atması daha uyğun idi, nəinki bizimkilərin.(futbolinfo)
 
Ümid edirik, bu məsələyə dövlət rəsmiləri tərəfindən münasibət bildiriləcək.
Tarix: 16 Yanvar [16:45]
Oxunub: 316 dəfə
Müəllif: Aut.az

Araz Abdullayev “Anortosis”dən niyə ayrılıb?

Aut.az

Ufuk Budak "Qarabağ"da?

Aut.az

"Qarabağ"ın bütün potensial rəqibləri müəyyənləşdi

Aut.az

Azərbaycan kubokunun sahibi müəyyənləşir - BU GÜN

Aut.az

Azərbaycan klublarının transfer bazarlığı - YENİLƏNİR

Aut.az

Millinin açıq məşqi - FOTOLAR

Aut.az

Millimiz Makedoniyaya uduzdu

Aut.az

Əfran İsmayılov Super Liqada: hansı kluba keçir?

Aut.az

Yığmamızdan heç-heçə

Aut.az

Qurban Qurbanov: "Cavid Hüseynovun hərəkətlərini xoşlamıram"

Aut.az