"Neftçi"nin bu legioner transferi düyünə düşdü: 150000 dollar və menecer haqqına görə

Bir neçə gün öncə xəbər vermişdik ki, «Neftçi» prezident Orxan Hüseynzadənin imzasıyla daha bir legionerə rəsmi təklif göndərib.

Bakılıların birbaşa müqavilə bağlamaq istədiyi futbolçu Alfredo Antonio Mejia Eskobardı.
 
Honduras yığmasının üzvü son mövsümü Yunanıstanda keçirib. 2017-ci ilin əvvəlində «Ksanti» ilə anlaşan 27 yaşlı yarımmüdafiəçi 21 oyunda 2 dəfə fərqlənib.

«Neftçi» Alfredo Mejiaya 1,5 illik müqavilə təklif edib. «Ağ-qaralar»ın şərtləri ilə razılaşsa, ilk 6 ayda 10 min dollar maaş alacaq. Növbəti mövsümdən isə əməkhaqqısı 12 min dollara qaldırılacaq.

Komanda bu müddətdə Premyer Liqa çempionluğunu əldə edərsə və Azərbaycan kubokunu qazanarsa, o, əlavə bonusla mükafatlandırılacaq. «Neftçi» honduraslı legionerə həmçinin Bakının mərkəzində hər cür şəraiti olan villa tutacağını vəd edib,(sportinfo)

Alfredo təmsilçimizin şərtləri ilə razılaşmır. Belə ki, yarımmüdafiəçi «Neftçi»dən aylıq 15 min dollar istəyir.
 
Bu, keçidin baş tutmasını yubadan bir səbəb. İkinci səbəb isə odu ki, onun menecerləri klub rəhbərliyindən komisyon tələb edir. Həmin məbləğ isə minimum 10 faizdən başlayır. Gəl ki, «Neftçi» başbilənləri bu doğal haqqı onlara ödəmək fikrində deyil.
Tarix: 13 Yanvar [15:15]
Oxunub: 140 dəfə
Müəllif: Aut.az

Klublarımızın "qış bazarlığı": Kim gəlir, kim gedir? - YENİLƏNİR

Aut.az

Avropa çempionatı CBC Sport-da

Aut.az

“Xəzər”in Almaniya klubuna uduzdu

Aut.az

“Qarabağ” "Lexiya" ilə bərabərə qaldı

Aut.az

"Qarabağ"dan şəhidlərə ehtiram - FOTO

Aut.az

Qarabağ"ın legionerlərindən 20 yanvar paylaşımı - FOTOLAR

Aut.az

"Sabah"dan 4 rəsmi transfer - FOTOLAR

Aut.az

“Qarabağ”ın ikinci sınağı - BU GÜN

Aut.az

Dino Ndlovu: "Azərbaycan xalqına və "Qarabağ"a minnətdaram"

Aut.az

FIFA DÇ-2018 üçün AFFA-ya pulsuz bilet ayırmadı

Aut.az